DÜNYA
YER KÜRƏSİ SƏTHİNDƏ BU İLİN MAYINDA ORTA QLOBAL TEMPERATUP 1880-Cİ İLDƏN BƏRİ ƏN YÜKSƏK OLMUŞDUR
Bakı,17 iyun (AZƏRTAC). ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinın (NOAA) mətbuat xidmətinin məlumatına görə, 2010-cu ilin mayında Yer kürəsi səthində orta qlobal temperatur 1880-ci ildən bəri ən yüksək olmuş, təqvim baharı və yanvar-may dövrünün də temperatur rekordları təzələnmişdir. 2010-cu ilin mart və aprel ayları da müşahidələr tarixində ən isti aylar olmuşdur.
Ən yüksək temperatur anomaliyaları Şimalı Amerikanın, Braziliyanın, Avropanın, Rusiyanın, Afrikanın şərq regionlarında və Asiyanın cənubunda müşahidə edilmişdir. Anomal aşağı temperaturlar isə Şimalı Amerika qitəsinin və Avropanın qərbində, Argentinanın və Asiyanın şimalında qeydə alınmışdır.
Alimlər bildirirlər ki, mayda Arktikada buzlaqların sahəsi 13,1 milyon kvadratkilometr olmuşdur. Bu da 1979-2000-ci illərin məlumatına görə, mayın orta səviyyəsindən 3,7 faiz aşağıdır. ABŞ Milli Qar və Buzlaqlar üzrə İnformasiya Mərkəzinin məlumatına əsasən, Arktika regionunda buzlar adi halda olduğundan 50 faiz daha sürətlə ərimişdir.