REGİONLAR
Yevlax rayonunda mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Yevlax, 18 yanvar (AZƏRTAC). Yevlax rayonunda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, son iki ildə “Aqrolizinq” ASC vasitəsilə Hollandiya və Almaniyadan idxal olunmuş 23 baş düyə rayona gətirilərək lizinq yolu ilə 50 faiz güzəştlə fermerlərə satılmışdır. Gətirilmiş cins düyələr baytar nəzarətinə götürülmüş və artaraq 57 başa çatmışdır.
Bundan əlavə rayonda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə heyvanların süni mayalanması da həyata keçirilir. Təkcə 2012-ci il ərzində rayon üzrə 1.177 baş inək və düyə süni yolla mayalandırılmış, 693 baş sağlam cins buzov alınmışdır.