Y.M.MAHMUDOVUN “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə Yaqub Mikayıl oğlu Mahmudov “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2009-cu il.