Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yuli Qusman: “Bakı da mənim vətənimdir, Moskva da.Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır” VİDEO

Moskva, 1 aprel (AZƏRTAC). Martın 31-də Rusiya televiziyasının Birinci kanalında Vladimir Poznerin həftəlik müəllif proqramının növbəti buraxılışı efirə çıxmışdır. Budəfəki verilişin (http://www.1tv.ru/sprojects/si=5756 ) qonağı əslən Bakıdan olan kinorejissor, Rusiyanın “Nika” ilk milli kino mükafatının təsisçisi Yuli Qusman idi.

Proqramın formatına uyğun olaraq aparıcı siyasətçilərə, ictimai xadimlərə, mədəniyyət, incəsənət, elm, idman xadimlərinə suallar verir. Söhbət həftənin aktual hadisələrinə aid ola da bilər, olmaya da. Proqramın qonaqları həm də məşhur fransız yazıçısı və filosofu Marsel Prustun tərtib etdiyi anketdən bəzi suallara cavab verirlər.

Yuli Qusmanın Vladimir Pozner ilə söhbətindən bəzi parçaları təqdim edirik.

Aparıcının birinci sualı Yuli Solomonoviçin ata adını dəyişmək arzusu olub-olmaması barədə idi: “Sən Bakıda böyüyəndə qondarma beşinci bənd sənin yaşamağına mane olurdumu?”. Proqramın qonağı bu suala belə cavab vermişdir: “Mən elə bir şəhərdə böyümüşəm ki, orada ümumiyyətlə, belə fikir yarana bilməzdi. Mənim atam, professor Solomon Moiseyeviç Qusman Bakıda hörmətli bir insan, Cənubi Qafqazda ən yaxşı həkimlərdən biri olmuşdur. Anam Lola Yuryevna Barsuk professor, ingilis dili müəllimi, prorektor, hörmətli bir qadın idi. Mən Solomonoviç ata adımla həmişə fəxr etmişəm və indi də bundan qürur duyuram. Mənimlə bir sinifdə 19 millətin nümayəndələri oxuyurdu, bu barədə dəfələrlə danışmışam. Onlardan 16-sı barədə indiyə qədər heç nə bilmirəm, yəni kimin hansı millətdən olduğunu bilmirəm. Başa düşürdüm ki, Məmmədov, Kərimov - azərbaycanlı, Vasilyev, Vasin - rus, Sarkisov, Saakyan - ermənidirlər. Amma mənimlə bir sinifdə Valeri Aqarudov oxuyurdu, onun hansı millətdən olduğunu indiyə qədər bilmirəm və bunun heç bir əhəmiyyəti yox idi. Ona görə bu gün mənə deyəndə ki, milli məsələni yalnız söyüşmək və döyüşmək yolu ilə həll etmək olar, mən deyirəm ki, bu düz deyil. Bakıda biz yaşlılara mütləq mənada hörmət, uşaqlara və valideynlərə məhəbbət şəraitində yaşayırdıq. Onların kim olmasının heç bir əhəmiyyəti yox idi. Vadik Vasinin atası Zabitlər Parkında karuseldə bilet satırdı, İqor Sarkisovun atası isə şəhərin baş memarı idi...”.

Vladimir Pozner 1990-cı ilin yanvar ayında Bakıda baş vermiş hadisələri xatırladanda Yuli Qusman belə cavab vermişdi: Xocalıda azərbaycanlıları qırmışlar. Bu məsələ bugünkü söhbət üçün mövzu deyil. Deyə bilərəm ki, mənim Bakıda yaşadığım dövrdə - mən isə ömrümün çox hissəsini orada yaşamışam - Orada heç kəsi asıb kəsmirdilər, bu barədə fikirləşmək də mümkün deyildi. Ermənilər cəmiyyətin hörmətli üzvləri idi, Bakıda onların sayı çox idi.

Elə özümün məktəb həyatımdan misal göstərə bilərəm. Bizim buraxılış siniflərində 63 məzun var idi, onlardan ikisi məktəbi qızıl medalla bitirdi. Mən də medal almağa namizəd idim, Kərimov da, Soskin də. Medal alan isə iki nəfər oldu - Sarkisov və Saakyan, hər ikisi erməni.

Bu hadisələr necə baş verdi və təqsirkar kimdir - bu, olduqca kədərli, ağır və iyrənc əhvalatdır. Burada mən nəinki hakim, hətta şahid qismində də çıxış edə bilmərəm. Sadəcə onu bilirəm ki, mənim uşaqlıq, yeniyetməlik və gənclik illərimin keçdiyi şəhərdə xalqlar dostluğu problemi ümumiyyətlə yox idi. Buna inana da bilərsiniz, inanmaya da, gülə də bilərsiniz. Amma belə idi.

Yalanı xoşlamıram. Amma cəmiyyətdə təcavüz, nifrət, kin-küdurət və paxıllıq baş alıb gedəndə mənim heç xoşuma gəlmir. Burada heç bir yaxşılıq gözləməyə dəyməz. Mən Qafqazı yaxşı tanıyıram. Qafqazlılar çox məğrur, güclü və müstəqil adamlardır. Hansı qafqazlının yanına açıq ürəklə gəlsən, ona əl açsan, heç vaxt səni qovmaz, heç vaxt sənə daş atmaz.

Uzun illər boyu yanaşı yaşamış iki xalqın üzləşdiyi dəhşətli, iyrənc müharibə ilə bağlı hadisələr, qan tökülməsi, iztirablar haqqında sən belə danışanda çox inciyirəm. Mənə elə gəlir ki, kimsə bu problemi həll edə bilmir və daim adamları bir-birinin üstünə qızışdırırlar. Bu, mənim heç xoşuma gəlmir.

Bakıda, liberal deməzdim, lakin çox yumşaq sistem vardı. Məsələn, Prezident Heydər Əlirza oğlu Əliyevin dövründə incəsənətin bütün növləri inkişaf edirdi. Yazıçılara, rəssamlara, bəstəkarlara, Şən və hazır cavablar klubunun üzvlərinə xüsusi diqqət yetirilirdi. O vaxt laxlamaqda olan rejim o qədər də qorxulu deyildi.

“İusus Xristos - superulduz” adlı bir tamaşa hazırlamışdım. 1972-ci ildə “Qaya” ansamblı ilə birlikdə ingilis dilində bir süita tamaşaya qoymuşdum. Bu əsəri Bakıda müəllimim və dostum Mark Yeqoroviç Rozovski ilə birlikdə tamaşaya qoyduq və həmin tamaşanı Moskvaya apardıq. “Rossiya” konsert zalında 10 gün bu tamaşa böyük uğurla göstərildi. Onuncu gün ingilis dilini başa düşən bir adam tamaşaya gəldi və 24 saat ərzində bizi Moskvadan qovdular. Xristian dəyərlərini təbliğ etdiyimə görə məni - bakılı yəhudini qovdular.

İş burasındadır ki, mənim oxuduğum 160 nömrəli məktəb, Tibb İnstitutu, keçmiş Pyotr Montin küçəsi, dənizkənarı bulvar - bütün bunlar təkcə sovet dövrünün xatirələri deyil, mənim şəhərim, mənim vətənim, mənim ölkəmdir. Əcdadlarımın beş nəsli Azərbaycan torpağında dəfn edilmişdir. Heç bir sistem bunların üstündən qələm çəkə bilməz.

Mən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin üzvü olmuşam. Azərbaycanda komsomol, belə demək mümkündürsə, ictimai iş üçün paj korpusu idi. Mən həmişə ictimai işlə məşğul olmuşam.

İki övlad arasında seçim etmək çətin olduğu kimi, mən də Bakı ilə Moskva arasında seçim edə bilmərəm. Ona görə ki, Bakı da mənim vətənimdir, Moskva da. Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Yuli Qusman: “Bakı da mənim vətənimdir, Moskva da.Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır