ELM VƏ TƏHSİL
YUNESKO-NUN NÜMAYƏNDƏ HEYƏTİ MARTIN 27-28-DƏ MOSKVADA SƏFƏRDƏ OLACAQ
AZƏRTAC xəbər verir ki, YUNESKO Katibliyinin nümayəndə heyəti, habelə Azərbaycanın, Belarusun və Moldovanın YUNESKO işləri üzrə milli komissiyalarının nümayəndələri martın 27-28-də Moskvada səfərdə olacaqlar.
Moskva Təhsil Departamentinin mətbuat xidmətindən bildirmişlər ki, səfər zamanı nümayəndə heyətinin “Moskva təhsili: körpəlikdən məktəbə qədər” birgə pilot layihəsi ilə əlaqədar məsələləri müzakirə edəcəklər.
Martın 27-də Moskva Pedaqoji Universitetində “Moskva layihəsi üzrə tərəfdaşlar - YUNESKO azyaşlı uşaqların təlim-tərbiyəsi və təhsili sahəsində“ mövzusunda beynəlxalq dəyirmi masa olacaqdır.
YUNESKO Katibliyinin nümayəndə heyətinin üzvləri, habelə Azərbaycan, Rusiya, Belarus və Moldovanın qurumun işləri üzrə milli komissiyalarının nümayəndələri “Moskvada ilin tərbiyəçisi” müsabiqəsinə yekun vurulması mərasimində iştirak edəcəklər.