MƏDƏNİYYƏT
“Yurdum” filmi “Art & Tur” IX Beynəlxalq Turizm Filmlər Festivalında nümayiş etdiriləcək
Bakı, 1 avqust, AZƏRTAC
Oktyabrın 19-dan 22-dək Portuqaliyanın Vila-Nova-de-Qaya şəhərində “Art & Tur” IX Beynəlxalq Turizm Filmlər Festivalı keçiriləcək.
Festivalda Azərbaycanın turizm filmlər sektorunu rejissor Rüfət Kərimzadənin çəkdiyi “Yurdum” filmi təmsil edəcək.
Bu film III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının milli mükafatını qazanıb. Ekran əsəri böyük və mədəni tarixi irsin, eləcə də sürətli modernləşmənin xülasəsidir. Filmdə tolerantlığın Azərbaycanda həyat tərzi olması, milli ruh və ənənəvi mətbəx öz əksini tapıb.
Portuqaliya rəhbərliyi tərəfindən dəstəklənən festivalda bu il 52 ölkədən 301 film nümayiş etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]