Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yurmala sağlamlıq ocağıdır

Bakı, 28 avqust, Emil Eyyubov, AZƏRTAC

Yurmala Baltik dənizinin sahilində yerləşən çox böyük kurort şəhəridir. Bu məkan haqlı olaraq açıq səma altında SPA hesab edilə bilər. İonlaşmış mülayim dəniz havası insanın tənəffüs yollarını müalicə edir və immun sistemini möhkəmləndirir, şam meşələrinin ətri ürəyə yaxşı təsir edir, mineral sular və palçıq isə orqanizmdən toksinləri çıxarır.

AZƏRTAC Yurmalanın sağlamlıq obyektləri haqqında növbəti məqaləni təqdim edir.

Kemeri, soyuq bulaq və bataqlıqda gəzinti

XIX əsrin ortalarında yerli bataqlıqların unikal təbii resursları - sulfid tərkibli müalicə palçıqları və hidrogen sulfidli mineral sular peşəkarlar tərəfindən müalicə proseslərində istifadə edilməyə başlanan vaxtdan etibarən Kemeri qəsəbəsi sanatoriya kimi Yurmalanın ürəyinə və inkişafının hərəkətverici qüvvəsinə çevrilib. 

Təbii və mədəni-tarixi dəyərləri qoruyub saxlamaq, təsərrüfat fəaliyyətinə və turizmin inkişafına kömək etmək məqsədilə 1997-ci ildə burada Kemeri Milli Parkı yaradılıb. Onun sahəsi 38165 hektardır. Bu, Qauya və Raznasdan sonra Latviyada üçüncü böyük milli parkdır.

Ən təəccüblüsü odur ki, buraya giriş turistlərə pulsuzdur və Ekologiya Nazirliyindən icazə almağa ehtiyac yoxdur, halbuki başqa ölkələrdə icazə alınması çox vaxt başlıca şərtdir. Kemeri Milli Parkında istirahət edənlərə təbii cığırlarda gəzmək, velosiped marşrutları, uşaqlar və böyüklər üçün maarifləndirici dərsləri dinləmək, tematik tədbirlərdə ailəvi iştirak etmək imkanları yaradılıb.

Bataqlıq tərəfə aparan meşə cığırına qədəm qoymazdan əvvəl, biz kurort parkının yaxınlığında yerləşən mineral su bulağına baş çəkirik. Oradakı suyun tərkibində hidrogen-sulfid var və buna görə də xarakterik iyə malikdir, lakin sərin olduğundan onu içmək xoşdur və isti gündə susuzluğu yaxşı yatırır.

Milli park əvvəlcə şam və ağcaqayın ağaclarından ibarət sıx meşə təsirini bağışlayır. Geniş cığırda göstəricilər və informasiya lövhələri yerləşdirilib. Bəzi yerlərdə nəfəsini dərmək istəyənlər üçün taxta skamyalar və stollar qoyulub.

Meşənin dərinliklərinə getdikcə siz tam sakitliyə düşür və öz nəfəsinizi, aralıda hər bir xışıltını eşitməyə başlayırsınız. Bir neçə dəqiqə bundan əvvəl maşınların şütüdüyü tras yol sanki yoxmuş. Burada insan özünü sakit, təbiətlə vəhdətdə hiss edir.

Tədricən meşə seyrəlir, böyük ağacları pöhrəlik əvəz edir, irəlidə isə taxta körpücüklər görünür - siz bataqlıq zonasına qədəm qoyursunuz. Böyük Kemeri bataqlığı təxminən 8 min il əvvəl yaranıb. Bölgənin əsas bataqlıqlarından olan Böyük Kemerinin ətrafında kükürdlü bulaqlar yaranır. Bataqlıqdakı torpaqda münbitləşdirici maddələr azdır, bu torpaq turşdur və çox yerdə həddən artıq nəmdir. Ağacların çoxu belə ağır şəraitə tab gətirə bilmir, ona görə də buradakı şam və ağcaqayın meşədəki kimi hündür olmur.

Böyük Kemeri bataqlığına aparan körpücüklər yolçuların mamır və qaranlıq göllər səltənəti ilə yaxından və təhlükəsiz tanış olmasına imkan yaradır. Körpücüklər təbii taxta lövhələrdən düzəldilib. Lazım gələndə onlar yenilənir və iki dövrədən ibarətdir. Kiçik dövrə ilk mənzərəli göllərə qədər aparır, Böyük dövrə isə mənzərəyə yuxarıdan baxmağa imkan yaradır. Körpülərin uzunluğu 3,7 kilometr (Böyük dövrə) və 1,5 kilometrdir (Kiçik dövrə). Baxmaq üçün müvafiq olaraq 1,5 və 1 saat vaxt lazım gəlir.

Biz öz səyahətimiz üçün Böyük dövrəni seçdik. Qarşımızda buludlu səmanı əks etdirən gölün əhatə olunduğu paslı-sarı mamırların heyrətamiz mənzərəsi açıldı, lap “National Geographic” telekanalında göstərilən filmlərdə olduğu kimi. Bir qədər irəlidə taxta müşahidə qülləsi görünür. Qülləyə dolama pilləkənlə çıxaraq, oradan ecazkar mənzərəni seyr etmək olar.

Bataqlıqların zəngin bitki və heyvanat aləmi var. Bu mövsümdə burada bataqlıq mərcanı, sarı böyürtkən, mərsin tapmaq olar. Quşlar buraya köçərkən isə bataqlıq onları müşahidə etmək üçün əla məkana çevrilir. Bəzən burada qaz və durna dəstələrini görmək, onların səsini eşitmək olur.

Yaunkemeri, reytterapiya və Vayvari

Kemerinin başlıca sərvəti, əlbəttə ki, müalicəvi su bulaqları və palçıq mənbəyidir. Artıq 150 ildən çoxdur ki, yerli sanatoriyalarda müxtəlif xəstəliklərin müalicəsində onlardan uğurla istifadə edilir. Hazırda Kemeri bataqlığı ərazisində tədqiq edilmiş palçıq yataqları 682 080 ton, proqnozlaşdırılan ehtiyatlar isə 129 540 tondur ki, bu da 1000 ildən çox müddət üçün kifayətdir. Natrium və brom qatılığının yüksək olduğu mineral su ehtiyatları da kifayət qədər çoxdur.

Bizim getdiyimiz Yaunkemeri Reabilitasiya Mərkəzində tibbin müasir təcrübəsi müalicə palçığı və mineral vannalarla birləşdirilir. Çoxprofilli mərkəz ilk pasiyentlərini 1967-ci ildə qəbul edib. 2009-cu ildə burada ən yeni avadanlığı, yüksək səviyyəli mütəxəssisləri, xüsusi müayinə və reabilitasiya proqramlarının olduğu kurort poliklinikası yaradılıb.

Bu gün Yaunkamer ürək-damar xəstəlikləri (ürək infarktı, ürəyin işemik xəstəliyi, stenokardiya, ürək çatışmazlığı, aorta koronar şuntlamadan və ürək arteriyasına stent qoyuluşundan sonrakı vəziyyət), mərkəzi və periferik sinir sistemi xəstəlikləri (insult, baş beyin infarktı və beyinə qansızmadan sonra, sklerozdan, polineyropatiyanın müxtəlif formalarından əziyyət çəkən pasiyentlərdə neyrocərrahi əməliyyatlardan sonra, neyroinfeksiyalardan sonrakı vəziyyət), dayaq-hərəkət aparatının xəstəlikləri (onurğa problemləri - spondilez, protruziya, disk yırtığı, oynaqlarda problemlər - artrozlar, artroz, artrit, böyük oynaqların endoprotezləşdirilməsi, həzm traktı xəstəlikləri (qastrit, qastroezofaqeal reflüyks), revmotoloji xəstəlikləri olan pasiyentlərə, eləcə də diabet komplikasiyaları, artıq çəki problemi, çəki azlığı olan, uğurlu keçirilmiş onkoloji əməliyyatdan sonra, travma almış pasiyentlərə mümkün tibbi reabilitasiyanı təqdim edir.

Yaunkemeridə istifadə edilən unikal metod - reytterapia və ya ippoterapiya - hərəkət orqanlarının, postinsult simptomlarının, hissəvi iflicin at belində gəzməklə müalicəsidir. Özü də bu, təkcə reabilitasiya deyil, həm də müsbət psixoloji ovqat yaradan belə bir gözəl heyvanla ünsiyyət deməkdir.

Tibbi nailiyyətlərlə yanaşı, təbiətin sərvətlərindən istifadə edilən digər müalicə ocağı Vayvari Milli Reabilitasiya Mərkəzidir. Bu, effektiv və uğurlu reabilitasiya üçün ideal məkandır. Mərkəz Yurmalanın gözəl sahilində, dənizdən 100 metr məsafədə yerləşir. Vayvari tibbi reabilitasiya, təhsil və elm sahəsində dövlət əhəmiyyətli obyektdir. Bu, Latviyada reabilitasiya sahəsində ən böyük tibb müəssisəsidir.

Vayvaridə tibbi xidmətlərin geniş spektrinin tamdəyərli təmini üçün güclü tibbi elmi-texniki və peşəkar baza yaradılıb. Mərkəz müasir texnoloji avadanlıqla təchiz edilib. Burada fiziki imkanları məhdud insanlara hərəkət etmək sevincini bəxş edən unikal robotlaşdırılmış avadanlıq var.

Ruhun və bədənin terapiyası

SPA prosedurları ilə daha çox maraqlananları Yurmalada maraqlı təkliflər gözləyir. Son vaxtlar şəhərdə meydana gəlmiş SPA mərkəzləri, kurort otelləri və “butik” üslubunda pansionatlar qonaqlara yüksək səviyyəli müalicə və dincəlmək üçün prosedurların geniş spektrini təklif edir. 

Məsələn, ailəvi istirahət üçün nəzərdə tutulan “Kurshi Spa & Conference” kurort otelinə diqqət yetirin. Otelin SPA kompleksi üz və bədən üçün prosedurlar, müxtəlif hamam prosedurları, uşaqlar və yeniyetmələr üçün SPA, ayurveda və digər prosedurları nəzərdə tutur.

Su əyləncəsi həvəskarları üçün də darıxdırıcı olmayacaq. Yurmalada “Livu” akvaparkı fəaliyyət göstərir. Onun tikintisinə 16 milyon avrodan çox sərmayə qoyulub. Su parkının sahəsi 11 min kvadratmetrdir. Yayda ziyarətçilər üçün əlavə 7 min kvadratmetr ayrılır ki, bu da ümumi sahəni 18 min kvadratmetrə çatdırır. Beləliklə, “Livu” Şimali Avropada ilboyu işləyən qapalı ən böyük akvaparka çevrilir.

Akvaparkın üçüncü mərtəbəsində 20-dən çox təpəcik, müxtəlif dərinlikli və ölçülü 10 hovuz, uşaqlar üçün attraksion, habelə 4 hamamı, soyuq hovuzu, duz otağı, cakuzi və su-hava masajı üçün avadanlığı ilə birlikdə SPA kompleksi, eləcə də suda fudkort və bar var. İl ərzində buraya 300 min ziyarətçi gəlir ki, onun 45 faizi Latviya sakinləri, qalanı isə müxtəlif ölkələrdən gələn turistlərdir. Açılışından bəri parka 3 milyondan çox ziyarətçi gəlib.

Sözardı

Sonda Yurmalada iki maraqlı art-obyekti xatırlatmaq istəyirik. Onlara baş çəkməklə bu maraqlı şəhərdə səyahət proqramını zənginləşdirmək olar. Əgər Yurmalaya Riqadan elektrik qatarında gedirsinizsə, Dubultı stansiyasında düşün. Burada Avropanın dəmiryolu vağzalında fəaliyyət göstərən yeganə müasir incəsənət məkanı yerləşir. Qalereyaya giriş pulsuzdur, ekspozisiya isə daim dəyişir. 

Yurmalada digər orijinal sərgi “Inner Light” (“Daxili işıq”) adlanır. Rəssam Vitali Yermolayevin hər əsərinin öz işıq sirri var. Xüsusi işıqlandırma zamanı onun əsərləri öz rəngini dəyişməyə başlayır və tamaşaçıların gözü qarşısında əvvəlki əsər əvəzinə onun yeni, gizli variantı açılır. Rəssam öz yeni “fluoressent” texnikasını klassik rəngkarlığın ən yaxşı ənənələri ilə uğurla birləşdirib. İstəsəniz, xoşunuza gələn rəsmlərdən ala bilər, həmçinin işıqsaçan rənglərlə işləmək texnikasını öyrənə bilərsiniz.

Fotolar Fərhad Həşimovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər