CƏMİYYƏT
Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də axşam saatlarında Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-bildiriblər ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.