REGİONLAR
Zaqatalada 11 min 320 hektar sahədə taxıl əkilib
Zaqatala, 26 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin əkini başa çatıb. Kampaniya dövründə fermerlər 11 min 320 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 8 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi builki mövsümlə müqayisədə 330 hektar artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, zaqatalalı fermerlər cari mövsümdə 10 min 990 hektar taxıl sahəsindən 33 min 169 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 30,2 sentner məhsul götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]