Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Zəfər sədası” musiqi festivalı rəngarəng konsert proqramları ilə yadda qaldı

Bakı, 11 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə üç gün davam edən “Zəfər sədası” musiqi festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə paytaxt və bölgələrimizin bir sıra mədəniyyət ocaqlarında gerçəkləşən festival konsertlərində zəfər soraqlı musiqilər səslənib.

“Zəfər sədası” musiqi festivalının paytaxtda əsas konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunub.

Konsert proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Oqtay Zülfüqarovun əsərləri, eləcə də şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri yer alıb.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Fikrət Əmirovun möhtəşəm “Azərbaycan süitası” səsləndirilib. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunan əsər ilk dəqiqələrdən salona sanki bir qələbə ruhu çiləyib.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirilib. Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcəyik.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açıb, bu Zəfərin mədəniyyətimizə təsirindən danışıb: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.

Sonra müsabiqənin qalibləri elan edilib.

Müsabiqənin birinci mükafatı Tural Məmmədliyə təqdim edilib. İkinci yerə Vətən müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədazdə, üçüncü yerə isə Elvin Quliyev layiq görüldü. Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici mükafat verilib.

Mükafatlandırmadan sonra konsert proqramı davam edib. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər - Xalq artisti Gülbacı İmanova) və orkestr vətənpərvərlik notlu əsərləri böyük sevgi və coşqu ilə ifa ediblər. Gecədə Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, Qara Qarayevin “Zamanın bayraqdarı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru səslənib, eyni zamanda, müsabiqə qalibləri Tural Məmmədlinin “Şuşa fəthi”, Vüqar Məmmədzadənin “İnsan”, Elvin Quliyevin “Qayıdış” əsərləri də boyum maraqla qarşılanıb.

“Zəfər sədası” musiqi festivalı çərçivəsində daha bir konsert proqramı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təqdim edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra aparıcı Günay Məmmədova Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qalibiyyətdən söz açıb. Qeyd edib ki, Azərbaycan tarixinin şanlı səhifələrinin yazıldığı salnamənin zəfər tacı 8 noyabr 2020-ci ildə mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi oldu.

Vurğulanıb ki, Vətən müharibəsində tarixi Zəfərin ikinci ildönümü mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd edilir. Dövlət Mahnı Teatrının instrumental ansamblı da “Zəfər sədası” musiqi festivalı çərçivəsində bayram konserti ilə sizin görüşünüzə gəlib. Ansamblın rəhbəri tarzən Mirxalid Salayevdir.

Sonra konsert proqramı təqdim edilib. Ansamblın solistləri Fəxri Kazım-Nicat, Fərhad Allahverdiyev, Aşıq Ramin, Ayşən Mehdiyeva, Anar İlhamlı, Rövşən Qəhrəmanov, Metin və Aynur İsgəndərlinin ifasında “Nə gözəldir”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “Yol verin, Turan gəlir”, “Tək ümid qalsın” , “Azərbaycan bayrağı”, “Bura vətəndir”, “Qarabağ” və başqa mahnılar səslənib. Çıxışlar alqışlarla qarşılanıb.

“Zəfər sədası” musiqi festivalı çərçivəsində Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Ağaverdi Paşayev) “Zəfər sədası” adlı bayram konserti keçirilib.

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri - Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, “Muğam” Televiziya müsabiqələrinin iştirakçıları Rəvanə Qurbanova, Səbinə Ərəbli, Məftun Səfərli, beynəlxalq və respublika müsabiqələrinin qalibləri Vaqif Təhməzov, Süleyman Süleymanov və Taleh Yahyayevin ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları səsləndirilib.

Festivalın növbəti konserti Ağdam Muğam Mərkəzində (Quzanlı qəsəbəsi) təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov çıxış edərək rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən söz açıblar. Bildirilib ki, Zəfər Günü Azərbaycanının ən əziz, qürur verən bayramlarından biridir. Bu şanlı Qələbəni bizə qazandıran şəhidlərimizin xatirəsi həmişə uca tutulacaq.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlərinin ifasında bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.

Zəfər soraqlı festivalın daha bir ünvanı Sumqayıt Dövlət Dram Teatrı olub. Tədbir iştirakçılarını salamlayan Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Zəfər Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz musiqiyə verilib.

Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası da “Zəfər sədası”na qoşulub. Gəncə Dövlət Kamera Orkestri (bədii rəhbəri və dirijor - Xalq artisti Rafael Bayramov) və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) birgə hazırladığı bayram konserti böyük maraqla qarşılanıb.

Musiqi axşamının tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov da olub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Zəminə Nuriyeva, Rövşən Məmmədov, Əlizadə Malasov, Xəyal Əliyev, Elmir Pişnamazzadə, Vasif Bayramov, Şirxan Cahangirov, Azər Verdiyev və baletmeyster Sənan Cavadov rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Xatırladaq ki, “Zəfər sədası” musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında da konsert keçirilib.

Festivalın bütün tədbirləri Zəfər Gününə və 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə sənət töhfəsi kimi yaddaşlara yazılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanja ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür