Zərdabda avtomobil piyadanı vurub
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da saat 20 radələrində Zərdab rayonunun Mollakənd kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.