İQTİSADİYYAT
Zərdabda yollara əsaslı təmir olunur
Zərdab, 20 iyun (AZƏRTAC). Zərdab rayonunda yol infrastrukturu yenidən qurulur.
Rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Zərdab-Mollakənd yolu yenidən qurulur və artıq yolun 8 kilometrinə asfalt döşənmişdir.
Rayonda 8 kəndi birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolu da əsaslı təmir olunur. Burada 30-dan çox keçid qoyulmuş, yol nişanları quraşdırılmışdır. Artıq yolun 20 kilometrədək hissəsinə asfalt örtük çəkilmişdir.
Zərdab şəhərində su və kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar qazılmış yollar da əsaslı təmir edilir.
Artıq Heydər Əliyev prospektində bu işlər başa çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:37]
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
- 06.05.2024 [18:02]
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
- 06.05.2024 [17:14]
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir
- 06.05.2024 [16:58]
® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
- 06.05.2024 [16:53]