Z.İ.QARALOVUN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında elmi-pedaqoji və ictimai-siyasi fəaliyyət sahəsindəki xidmətlərinə görə Zahid İbrahim oğlu Qaralov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2004-cü il.