ELM VƏ TƏHSİL
Zooloqlar Taxtakörpü su anbarında vizual müşahidələr aparıblar
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşları Saleh Əliyev, Zemfira Əbdürrəhmanova, Arzu Qasımova, Tahir Kərimov və Könül Tağıyeva Taxtakörpü su anbarında ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı zooloqlar öz profillərinə uyğun materiallar toplayıb və bir sıra vizual müşahidələr aparıblar. Ekspedisiya zamanı, həmçinin su anbarında suyun keyfiyyət göstəriciləri müəyyən edilib. Toplanmış nümunələr ilkin işləndikdən sonra fiksə olunub və etiketləşdirilərək laborator analiz üçün instituta gətirilib.