Argentinanın şimal-qərbində zəlzələ qeydə alınıb

29.11.2020 [22:25]
Argentinanın şimal-qərbində 5,7 bal gücündə zəlzələ baş verib. AZƏRTAC Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat verir ki, yeraltı təkanların episentri San-Salvador ...

Gürcüstanda minə yaxın koronavirus xəstəsi ağır vəziyyətdədir

29.11.2020 [21:26]
Gürcüstanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlanıb. AZƏRTAC xəbər verir ki, hazırda Gürcüstan xəstəxanalarında 943 ağır koronavirus xəstəsi var. Onların da 367-si süni nəfəs ...

Amerikalılar “qara cümə” günü internet alış-verişinə 9 milyard dollar xərcləyib

29.11.2020 [21:15]
ABŞ sakinləri koronavirus pandemiyası şəraitində “qara cümə” – böyük endirimlər günündə internet mağazalarından alış-verişə rekord həcmdə - 9 milyard dollar xərcləyib. AZƏRTAC Associated Press agentliyinə ...

Fransada şənbə nümayişləri zamanı 62 polis əməkdaşı xəsarət alıb

29.11.2020 [20:07]
Fransada “Qlobal təhlükəsizlik barədə” qanun layihəsinin əleyhinə şənbə günü davam edən nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin azı 62 əməkdaşı xəsarət alıb. AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın ...

Bill Qeyts su və kanalizasiyanın lazım gəlmədiyi unitazı nümayiş etdirib

29.11.2020 [18:09]
“Microsoft” kompaniyasının banilərindən biri olan Bill Qeyts son illər fəaliyyəti sanitariya sahəsində yeni texnologiyaların hazırlanmasına yönələn tədqiqat fonduna daha çox diqqət ayırır. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alim və ...

Son sutkada İranda koronavirusdan 289 nəfər ölüb

29.11.2020 [15:59]
Son 24 saat ərzində İranda 12 min 950 nəfər koronavirusa yoluxub, 389 nəfər isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib ...

Nikol Paşinyan istefa verməsə, Ermənistanda siyasi böhran aradan qalxmayacaq

29.11.2020 [14:58]
Müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan bir şəxsin baş nazir kimi fəaliyyət göstərməyə hüquqi və mənəvi haqqı yoxdur. AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyan deyib ...

Əfqanıstanda törədilən terror aktı nəticəsində 23 nəfər ölüb

29.11.2020 [14:09]
Əfqanıstanın Gəznə şəhərində törədilən terror aktı nəticəsində 23 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə Gəznə vilayəti administrasiyasının nümayəndəsi Vahidullah Cumazadə bildirib. O qeyd edib ki, terror aktı zamanı Əfqanistan ordusunun xüsusi təyinatlı ...

Yaponiya parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümü qeyd olunub

29.11.2020 [13:56]
Yaponiyalı qanunvericilər noyabrın 29-da ölkə parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümünü qeyd ediblər. AZƏRTAC xəbər verir ki, Yaponiyada parlament sistemi 1890-cı ildə, İmperator seyminin ilk toplantısında yaradılıb. Bazar günü parlamentin yuxarı palatasının plenar zalında ...

Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi olacaq

29.11.2020 [13:06]
Çadın sabiq xarici işlər naziri Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi olacaq. Nigerin paytaxtı Niameydə başa çatmış İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasının iştirakçıları onun namizədliyini dəstəkləyib. Yeni Baş katib səlahiyyətlərinin icrasına 2021-ci ilin noyabrında başlayacaq ...

Tehranda etiraz aksiyası keçirilib

29.11.2020 [12:44]
Tehran Universitetinin tələbələri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər. AZƏRTAC xəbər verir ki, tələbələr nüvə fizikası sahəsində ixtisaslaşmış alim Möhsün Fəxrizadəyə sui-qəsd törədənlərin tezliklə tutulub cəzalandırılmasını tələb ediblər ...

Yaponiyanın qərbində səmada odlu dairə müşahidə olunub

29.11.2020 [12:35]
Noyabrın 29-da gecə saatlarında səmada, Yaponiyanın qərbində yerləşən geniş ərazi üzərində odlu dairə müşahidə olunub. AZƏRTAC xəbər verir ki, NHK telekanalının kameraları yerli vaxtla gecə saat 1:34 dəqiqədə Mie, Aiçi prefekturalarında və digər yerlərdə odlu dairə qeydə alıb ...

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

29.11.2020 [12:02]
Gürcüstanda son sutka ərzində daha 4 min 426 nəfərdə koronavirus aşkarlanıb. 3 721 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir ...

Çin bərk məişət tullantılarının idxalını dayandırır

29.11.2020 [11:27]
Çin təkrar emal üçün xammal rolunu oynayan bərk məişət tullantılarının idxalını 2021-ci ildən tam dayandıracaq. AZƏRTAC xəbər verir ki, Çinin ekologiya və kommersiya nazirliklərinin, Baş Gömrük Administrasiyasının birgə bəyanatına əsasən, yanvarın 1-dən etibarən həm də Çin ərazisindən xaricdən məişət ...

Londonda karantin rejiminin tətbiqinə qarşı etiraz aksiyası keçirilib

29.11.2020 [08:31]
Londonda karantin rejiminin tətbiqi əleyhinə etiraz aksiyası keçirilib. AZƏRTAC xəbər verir ki, etirazçılar maska taxmaqdan imtina edərək karantin qaydalarının ləğv edilməsini tələb ediblər. Oksford, Karnbi və Regent küçələrində keçirilən aksiya nəticəsində yollarda nəqliyyatın ...

Xorvatiyada koronavirusa yoluxanların sayı 123 mini keçib

29.11.2020 [07:23]
Xorvatiyada koronavirusa yoluxanların sayı 123 min 693 nəfərə çatıb. AZƏRTAC Xorvatiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 3987 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1655 nəfərdir. 98 min 465 nəfər sağalıb ...

Türkiyədə koronavirusa yoluxma sayı sürətlə artır

29.11.2020 [04:52]
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempinin bütün ölkə üzrə kütləvi xarakter alması davam edir. Riskləri azaltmaq üçün müxtəlif sərtləşdirilmiş tədbirlər görülür. Eyni zamanda məcburi qaydada maska taxmaq, sosial məsafə qorumaq və təmizliyə əməl etmək ən mühüm çağırış kimi qalmaqdadır ...

Fransanın əsas şəhərlərində polis zorakılığına qarşı nümayişlər keçirilib

29.11.2020 [04:08]
Fransada qlobal təhlükəsizlik qanununa və polis zorakılığına qarşı nümayişlər keçirilib. AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə nümayişdə 133 min, təşkilatçılara görə isə 500 min nəfər iştirak edib ...

Hindistan iqtisadiyyatı texniki tənəzzülə qədəm qoyub

29.11.2020 [02:29]
Asiyanın üçüncü böyük iqtisadiyyata sahib ölkəsi olan Hindistanda ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə 7,5 faiz azalıb. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Hindistanın statistika ofisi bu barədə açıqlama yayıb. ÜDM-də iki ardıcıl rüb geriləmə qeydə alınan Hindistanda iqtisadiyyat texniki tənəzzülə ...