Belçikada qrip epidemiyası elan edilib
Brüssel, 24 dekabr, AZƏRTAC
Belçikada qrip epidemiyası rəsmi olaraq elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə İnstitutu son statistik məlumatlara əsaslanaraq məlumat yayıb. Qurumun açıqlamasına görə, 49-cu həftənin məlumatlarının təhlili qrip yoluxmalarının ölkə üzrə epidemiya səviyyəsinə çatdığını təsdiqləyib. İnstitutun həkim-epidemioloqlarının sözlərinə görə, qrip epidemiyası artıq tam şəkildə başlayıb və bununla yanaşı, RSV epidemiyası da davam edir. Xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün təhlükəli sayılan respirator sinsitial virus hazırda qriplə paralel yayılır. Bununla belə, səhiyyə orqanları bildirir ki, hazırkı mərhələdə xəstəxanalar və ailə həkimləri üzərindəki yük nəzarət altındadır. Qış mövsümünün pik dövrü yaxınlaşsa da, göstəricilər hələlik nisbətən aşağı səviyyədə qalır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:32]
Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar
- 04.06.2026 [12:18]
ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib
- 04.06.2026 [12:08]
Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək
- 04.06.2026 [12:04]
Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb
- 04.06.2026 [12:01]
Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]
Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib
- 03.06.2026 [23:57]
ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək
- 03.06.2026 [23:46]