İspaniyanın iri şəhərlərində koronavirusun yayılma sürəti ÜST-ni narahat edir

28.01.2021 [18:39]
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu İspaniyada son həftələr ərzində yeni yoluxma hallarının sayının artması ilə bağlı narahatlığını bildirib və qeyd edib ki, bu göstəricilərin azalması üçün daimi səylər tələb olunur. AZƏRTAC xəbər verir ki, Fövqəladə hallar üzrə idarənin rəhbəri Katrin Smollvud mətbuat konfransında ...

Rumıniyada koronavirusa daha 2 min 901 yoluxma halı qeydə alınıb

28.01.2021 [18:18]
Rumıniyada koronavirusa yoluxanların sayı 721 min 513 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 2 min 901 yeni yoluxma halı qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 18 min 105 nəfərdir, 666 min 1 nəfər sağalıb ...

Kataloniyanın ilk nanopeyki kosmosa buraxılacaq

28.01.2021 [18:07]
Martın 20-də Kataloniya kosmik yürüşü başlayacaq. AZƏRTAC xəbər verir ki, ilk nanopeyk Kataloniyanın “NewSpace” layihəsi çərçivəsində həmin gün yerli vaxtla saat 07.07-də kosmosa ...

Qazaxıstanda latın əlifbasının yeni variantı hazırlanıb

28.01.2021 [17:06]
Qazaxıstanda latın əlifbasının yeni variantı hökumətə təqdim edilib. Təkmilləşdirilmiş əlifba latın əlifbasının əsas sisteminin 31 simvolundan ibarətdir ki, bu da qazax dilinin 28 səsini əhatə edir ...

Son sutka ərzində İranda koronavirusdan 85 nəfər ölüb

28.01.2021 [16:37]
Son sutka ərzində İranda 6 min 527 nəfər koronavirusa yoluxub, 85 nəfər isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda koronavirusa yoluxanların ...

Misirə məxsus 5 min qədim artifakt ABŞ-dan geri qaytarılıb

28.01.2021 [16:05]
Yanvarın 27-də əksəriyyəti Vaşinqtondakı Müqəddəs Bibliya Muzeyində nümayiş etdirilən və qədim Misir dövrünə aid olan 5 min artifakt Qahirə Beynəlxalq Aeroportuna gətirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb ...

Portuqaliyada COVID pandemiyası ilə bağlı ağır vəziyyət yaranıb

28.01.2021 [15:37]
Portuqaliya hazırda COVID-19 pandemiyasının “dəhşətli mərhələsini” yaşayır və vəziyyət yalnız bir neçə həftəyə yaxşılaşa bilər. AZƏRTAC xəbər verir ki, bunu TVI telekanalına ölkənin Baş naziri Antoniu Koşta bildirib ...

“Huawei” platformalı ilk elektromobil təqdim edilib

28.01.2021 [15:17]
Çinin “Seres” avtomobil brendi “Huawei DriveOne” platformalı dünyanın ilk elektromobilini nümayiş etdirib. “Seres SF5 Free Expedition Edition” adlı avtomobil, həmçinin “NEDC” standartı əsasında min kilometr məsafəni qət edən ilk seriyalı elektromobildir ...

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə 32 nəfər həbs edilib

28.01.2021 [15:14]
Səudiyyə Ərəbistanının Nəzarət və Antikorrupsiya İdarəsi (NAZAHA) ölkədən xaricdəki hesablara 3 milyard dollardan çox pul köçürən cinayətkar şəbəkənin 32 üzvünü həbs edib. AZƏRTAC xəbər verir ki, bu barədə “Saudigazette” nəşri məlumat yayıb ...

Odessa şəhərində güclü qar və çovğun nəticəsində 60 nəfər xəsarət alıb

28.01.2021 [15:12]
Ukraynanın Odessa şəhərində güclü küləklə müşahidə olunan qar və çovğun nəticəsində 60 insan xəsarət alıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib. AZƏRTAC-ın yerli KİV-lərə istinadla verdiyi məlumata görə, insanların bəziləri ağacların yıxılması nəticəsində ...

Çində yüksək risk qrupundan olanlara 23 milyon doza COVID-19 peyvəndi vurulub

28.01.2021 [15:08]
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan şəxslərə ümumilikdə 23 milyon doza peyvənd vurulub. AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə ...

Pandemiya İsveçrənin qol saatı ixracına ağır zərbə vurub

28.01.2021 [15:02]
Koronavirus pandemiyası 2020-ci ildə dünyanın əksər ölkələri kimi İsveçrənin də ixracına böyük zərbə vurub və ölkə ixracının əsas sektoru olan qol saatları sənayesində ciddi geriləmə müşahidə edilib. AZƏRTAC xəbər verir ki, ölkənin ixracı ötən il 7,1 faiz azalaraq 225,1 milyard İsveçrə frankına düşüb ...

Prezidentliyinin ilk həftəsində Co Baydenin reytinqi 54 faiz təşkil edib

28.01.2021 [15:00]
ABŞ-ın yeni dövlət başçısı Co Baydenin prezidentliyinin ilk həftəsində bəyənilmə reytinqi 54 faiz təşkil edib. AZƏRTAC xəbər verir ki, bu göstərici Monmut Universitetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsaslanır. “Prezident Co Bayden ...

Norveç hökuməti koronavirusla əlaqədar əcnəbilər üçün sərhədləri tamamilə bağlayır

28.01.2021 [12:59]
Norveç hökuməti əcnəbilər üçün sərhədləri tamamilə bağlayır. Belə ki, yanvarın 29-dan Norveçə giriş yalnız girişin zəruriliyini təsdiq edən sənədləri təqdim edən şəxslər üçün mümkün olacaq. Bu, Norveçdə koronavirusla bağlı məhdudiyyətlərin sərtləşdirilməsi ...

Yeni Zelandiya sahillərində 4,5 bal gücündə zəlzələ olub

28.01.2021 [12:58]
Yanvarın 28-də Yeni Zelandiyanın Şimal adaları sahillərində 4,5 bal gücündə zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiya Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentrinin Plenti körfəzində, Te-Kaha kurort şəhərindən 70 kilometr şimalda ...

Gürcüstanda koronavirusdan ölənlərin sayı 3127 nəfərə çatıb

28.01.2021 [11:58]
Gürcüstanda son sutkada daha 723 nəfərə koronavirus diaqnozu qoyulub. Ötən sutka ərzində 932 nəfər sağalıb, 19 pasiyent isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib ...

Gürcüstan Türkiyə ilə Ukraynaya müntəzəm aviareysləri bərpa edir

28.01.2021 [11:55]
Gürcüstan fevralın 4-dən Türkiyə ilə Ukraynaya müntəzəm aviareysləri bərpa edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanın məlumat yayıb. Bildirilir ki, fevralın 4-dən Gürcüstan ilə Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata ...

Türkiyədə İŞİD üzvlərinin saxlanılması istiqamətində irimiqyaslı əməliyyat keçirilib

28.01.2021 [11:44]
Başda Balıkesir olmaqla Türkiyənin 58 vilayətində İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib. AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə olmaqda və terrorçulara ...

Zurab Abaşidze: Gürcüstan-Rusiya quru sərhədinin açılması epidemioloji vəziyyətdən asılıdır

28.01.2021 [11:10]
Gürcüstan ilə Rusiya arasında quru sərhədlərin açılması yalnız hər iki tərəfdə epidemioloji vəziyyət sabitləşdikdən sonra mümkün olacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin Rusiya ilə danışıqlar üzrə ...