Gürcüstan və Yaponiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Tbilisi, 22 dekabr, AZƏRTAC
Gürcüstan parlamentinin komitə sədrləri Yaponiya Nümayəndələr Palatasının üzvləri ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tərəflər parlament əməkdaşlığının gücləndirilməsinin vacibliyini və gələn il üçün planlaşdırılan səfər mübadiləsini müzakirə ediblər.
Görüşdə Yaponiyanın geniş təcrübəsi olan təbii fəlakətlərə cavab vermək və onların qarşısını almaq üçün mexanizmin yaradılması müzakirə olunub.
Həmçinin Gürcüstan və Yaponiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Yaponiya və Gürcüstanın Tsxaltubo və Hakone şəhərlərinin qardaşlaşma perspektivlərini müzakirə olunub. Bildirilib ki, hər iki şəhər müalicəvi suları ilə tanınan kurort mərkəzləridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:32]
Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar
- 04.06.2026 [12:18]
ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib
- 04.06.2026 [12:08]
Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək
- 04.06.2026 [12:04]
Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb
- 04.06.2026 [12:01]
Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]