Edinburq hava limanında “Ryanair” təyyarəsi yanacaq maşını ilə toqquşub
London, 22 dekabr, AZƏRTAC
“Ryanair” aviaşirkətinə məxsus təyyarə Edinburq hava limanında yanacaq daşıyan maşınla toqquşub.
AZƏRTAC “The Sun”a istinadla xəbər verir ki, hadisə nəticəsində sərnişinlər təyyarədən təxliyə edilib. Məlumata görə, sərnişinlər Portuqaliyanın Faro şəhərinə uçuş üçün artıq təyyarəyə minmiş və yola düşməni gözləyirdilər. Toqquşma uçuşa hazırlıq mərhələsində baş verib. Hadisədən sonra hava limanına yanğınsöndürmə briqadaları cəlb olunub, hazırda bir yanacaq nasosu ehtiyat rejimində saxlanılır.
“Ryanair”in sözçüsü “GB News”a açıqlamasında bildirib ki, dekabrın 22-də Edinburq–Faro marşrutu üzrə reys uçuşa hazırlaşarkən təyyarənin qanad ucu yanacaq maşınının kabinəsi ilə təmas edib. Hadisə ilə bağlı araşdırma aparılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:32]
Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar
- 04.06.2026 [12:18]
ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib
- 04.06.2026 [12:08]
Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək
- 04.06.2026 [12:04]
Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb
- 04.06.2026 [12:01]
Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]