İraqın yeni parlamenti ikinci cəhddə spiker seçib

15.09.2018 [17:53]
May ayında seçkilərinin nəticəsinə əsasən formalaşan İraq Nümayəndələr Şurası (parlament) Ənbər əyalətinin sabiq qubernatoru Məhəmməd əl-Halbusini spiker seçib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sədr sentyabrın 15-də keçirilən gizli səsvermə nəticəsində seçilib ...

Şinzo Abe və Şiqeru İşiba Kiotoda siyasi debatlara qatılıblar

15.09.2018 [17:28]
Yaponiyanın Baş naziri Şinzo Abe və sabiq müdafiə naziri Şiqeru İşiba ölkənin hakim partiyasını necə idarə edəcəkləri barədə Yaponiyanın qərbində təşkil olunan debatlara qatılıblar. AZƏRTAC xəbər verir ki, hər iki namizəd sentyabrın 14-də Kiotoda keçirilən ...

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın evi 6,46 milyon dollara satılıb

15.09.2018 [16:26]
ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın Los-Anceles şəhərinin Littl-Holmbi rayonundakı evi 6,46 milyon dollara satılıb. Alıcının adı açıqlanmır. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, neokolonial üslubda olan ikimərtəbəli iqamətgah ...

İranın Fransadakı səfirliyinə basqın olub

15.09.2018 [16:24]
İran İslam Respublikasının Fransadakı səfirliyinə olan basqın təxribatdır və bu hadisənin iştirakçıları cinayət məsuliyyətinə cəlb edilməlidir. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib ...

ABŞ-ın ağır hərbi texnikası Litvaya gətirilib

15.09.2018 [16:06]
Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda ABŞ-ın hərbi texnikasının general Silvestras Jukauskas adına poliqonda keçirilən təlimlərdə iştirak etməsi üçün Pabrade şəhərinə gətirildiyi bildirilir ...

İraq avqustda OPEC üzrə ikinci ən böyük neft ixracatçısı olub

15.09.2018 [14:51]
Avqust ayında İraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft ixracatçısı olub. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad deyib ...

Gi Laliberte kosmosa uçduğu üçün 20 milyon dollar vergi ödəməli olacaq

15.09.2018 [13:53]
Kanadanın vergi məhkəməsi 2009-cu ildə Beynəlxalq Kosmik Stansiyaya uçduğu üçün “Cirque du Soleil” kompaniyasının banisi Gi Lalibertenin 20 milyon dollardan çox vergi ödəməli olduğu barədə qərar çıxarıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ...

ABŞ: “Florens” qasırğası qurbanlarının sayı 5 nəfərə çatıb

15.09.2018 [13:36]
ABŞ-ın şərq sahillərində tüğyan edən “Florens” qasırğası azı 5 nəfərin həyatına son qoyub. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanların hamısı Şimali Karolina sakinləridir. Hakimiyyət orqanları ölənlərin sayının artacağını istisna etmir ...

Atatürk Hava Limanının köçürülməsinə start verilib

15.09.2018 [12:36]
İstanbulda inşa olunan yeni hava limanının istifadəyə verilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir. AZƏRTAC xəbər verir ki, artıq Atatürk Hava Limanının texnika və avadanlığının “İstanbul New Airport”a köçürülməsinə başlanılıb. Sentyabrın 14-də yola çıxan ...

Mexikoda musiqiçi paltarı geyinmiş cinayətkarlar 5 nəfəri qətlə yetiriblər

15.09.2018 [12:18]
Sentyabrın 15-nə keçən gecə Meksika paytaxtının turistik rayonunda baş verən atışma nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. AZƏRTAC xəbər verir ki, MVS Noticias radiosunun yaydığı məlumata görə, maryaçi milli musiqiçi paltarı geyinmiş cinayətkarlar ...

İndoneziyada bərə yanıb: 10 nəfər ölüb, 11 nəfər itkin düşüb

15.09.2018 [12:04]
İndoneziyanın Mərkəzi Sulavesi vilayəti sahillərində bərə yanaraq qəzaya uğrayıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində azı 10 nəfər həlak olub, daha 11 nəfər itkin düşmüş hesab edilir ...

Avropa Parlamenti Macarıstana qarşı

15.09.2018 [11:47]
Avropa Parlamenti deputatlarının üçdəiki hissəsi Macarıstana qarşı sanksiyalar tətbiq edilməsinin lehinə səs veriblər. Onlar bu ölkənin hökumətini “Avropa İttifaqının demokratiya və insan hüquqları barədə qaydalarını pozmaqda və korrupsiyada” ittiham edirlər ...

ABŞ-ın sanksiyaları ilə əlaqədar İranın neft ixracı azalır

15.09.2018 [11:21]
ABŞ-ın sanksiyaları ilə əlaqədar İranın xam neft ixracı azalır. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rəsmi Tehranın neft ixracı apreldən indiyədək 28 faiz azalıb ...

Albaniyanın ilk aviadaşıyıcısı “Air Albania” fəaliyyətə başlayıb

15.09.2018 [10:56]
Türk Hava Yolları (THY) ilə birgə qurulan Albaniyanın ilk hava yolu şirkəti “Air Albania” paytaxt Tiranada təşkil edilən mərasimlə fəaliyyətə başlayıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mərasimdə Albaniya Baş naziri Edi Rama və digər rəsmi şəxslər iştirak edib ...

Ukraynalıların əksəriyyəti ölkədə üçüncü Maydan hadisələrinin olacağına inanmır

15.09.2018 [10:55]
Ukraynalıların əksəriyyəti ölkədə üçüncü Maydan hadisələrinin olacağına inanmır. Rəyi soruşulanların cəmi 28 faizi proseslərin bu cür hadisələrin olacağına şərait yaratdığını düşünür ...

ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb

15.09.2018 [10:46]
ABŞ-dakı aktiv qazma qurğularının sayı çoxalıb. AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 7 ədəd artaraq 1055 olub ...

Yaponiya “Kounotori-7” kosmik yük gəmisinin orbitə buraxılmasını təxirə salıb

15.09.2018 [08:37]
Yaponiyada “Kounotori-7” kosmik yük gəmisini kosmosa çıxaracaq H2B raketinin buraxılışı təxirə salınıb. AZƏRTAC Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, raketin buraxılışı starta 30 dəqiqə qalmış dayandırılıb ...

Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ olub

15.09.2018 [07:49]
Sentyabrın 14-də Yaponiyanın cənub-qərbində yerləşən Ryukyu adalarında 5,6 bal gücündə zəlzələ olub. AZƏRTAC Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələnin episentri Okinava adasındakı Naqo şəhərindən 163 kilometr ...

Ukrayna Danimarkadan hərbi gəmilər alacaq

15.09.2018 [07:19]
Danimarka hökuməti Ukraynaya üç hərbi gəmi satmağa hazırlaşır. Gəmilərin qiyməti 102 milyon avro dəyərləndirilir. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb ...