Gürcüstanda ABŞ-ın Avropa Komandanlığının xüsusi qərargahı yaradılacaq
Tbilisi, 4 fevral, AZƏRTAC
Bu il Gürcüstanda ABŞ ilə birgə “Trojan Footprint” və “Noble Partner” çoxmillətli hərbi təlimlər keçiriləcək. Gürcüstanın bu təlimlərdə fəal iştirakı ölkənin müdafiə qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazir postuna namizəd İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi “Avropa dövlətinin qurulması naminə” adlı dörd illik hökumət proqramında deyilir.
Sənəddə bildirilir ki, Gürcüstanda 2024-cü ildə ABŞ-ın Avropa Komandanlığının xüsusi qərargahı yaradılacaq. Bundan əlavə, gürcü hərbçiləri ABŞ-ın xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcəklər.
Qeyd olunub ki, ABŞ-ın maliyyə dəstəyi çərçivəsində bu il Gürcüstanın Müdafiə Nazirliyi ölkənin müdafiə qüvvələrinin hərbi texnikasının modernləşdirilməsi məqsədilə 50 milyon dollardan çox vəsait alacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]