KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər
Bakı, 24 sentyabr, AZƏRTAC
İstehsalçılar davamlı olaraq toxum istehsal edirlər. Toxumun keyfiyyəti və keyfiyyətə nəzarət məsələlərində hər şey qaydasındadır. Amma bazarın tələbinə uyğun toxum istehsal edilmir
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin Hesabatlılıq sektorunun müdiri Şövqi Lələşov "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfrans çərçivəsində keçirilən "Toxumçuluğun inkişafı: Cari vəziyyət və hədəflər" adlı panel müzakirədə çıxış edərkən deyib.
"İstehsal zamanı toxum materialı bir çox işləmə proseslərindən keçir. Onlardan biri də toxumların xəstəlik və zərərvericilərə qarşı kimyəvi preparatlarla işlənməsidir. Həmin toxum materialı bazarın tələbinə uyğun olmadığı halda anbarlarda qalır və onun əmtəəlik məhsul kimi istifadə edilməsi mümkün olmur. Dolayısı ilə fermerlərin ehtiyacına uyğun istehsal olunmayan toxum materialı sonda həm də əmtəəlik məhsul kimi istifadəyə yaramır və məhv olur. Birinci növbədə, istehsalçılara məsləhətimiz ondan ibarətdir ki, bazarın tələbinə uyğun və müqaviləli toxum istehsal etsinlər. Fermerlərin növbəti il hansı toxum materialına ehtiyacı varsa, onu istehsal eləsinlər", - deyə sektor müdiri vurğulayıb.
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]