Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu gün saat 10:00-dan təmir-quraşdırma işləri ilə bağlı Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M.Ə.Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Qaz verilişində məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.