Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Bakı, 24 sentyabr, AZƏRTAC

Nikol Paşinyan küçə inqilabı nəticəsində Serj Sarkisyanı devirib hakimiyyətə gələndə Qarabağ münaqişəsinin həllinə dair gözləntilər formalaşdırdı. Ancaq daha dərin mətləb fərqli idi: Baş nazir Nikol Paşinyan vaxt qazanaraq işğal siyasətinin ideoloji-siyasi və hərbi əsaslarını region üçün ən təhlükəli həddə qaldırmağı hədəfləyirdi. Bunu reallaşdırmaq üçün siyasi karyerasında ilk dəfə ən yüksək vəzifəyə qalxan Nikol Paşinyana bir illik zaman lazım idi.

Düşənbədəki müzakirənin pərdəarxası

Bu period Nikol Paşinyan üçün toparlanmaq anı idi. Onun üçün Ermənistanın yeni rəhbərliyi Bakı ilə danışıqlarda imitasiya yaratmaq bəhanələri axtarırdı.

Bu məqsədlə Nikol Paşinyan Azərbaycan tərəfinə konstruktiv dialoqa hazır olduğu barədə siqnallar göndərərək ilkin diplomatik təmas fürsəti güdürdü.

Bu prosesin ilk praktiki addımları isə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB Sammiti çərçivəsində baş tutmuş qeyri-rəsmi təması zamanı atılıb.

Həmin görüşdə Nikol Paşinyan ölkə daxilindəki mürəkkəb siyasi vəziyyəti əsas gətirərək sülh proseslərində irəliləmək üçün vaxt istəmişdi.

Azərbaycan tərəfi həmin dövrdə konstruktiv yanaşma nümayiş etdirərək İrəvanın daxili auditoriya ilə bağlı həssaslığını nəzərə almışdı. Lakin zaman keçdikcə Ermənistan rəhbərliyinin bu yanaşmasının sülhə hazırlaşmaq üçün deyil, taktiki fasilə qazanmaq və vaxt udmaq məqsədi daşıdığı üzə çıxdı.

Məhz bu səbəbdən Prezident İlham Əliyev sonralar həmin təmas üzərindən məxfilik qrifini qaldıraraq real mənzərəni ictimaiyyətə açıqladı. 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Düşənbədəki təmas barədə yeni informasiyalar verməsi Ermənistan siyasətinin mahiyyəti ilə bağlı dərin strateji təhlilə əsaslanırdı.

Azərbaycan Lideri İlham Əliyev haqlı olaraq göstərirdi ki:

- Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar Ermənistanın köhnəlmiş siyasi paradiqmalarına yenidən baxılmasını şərtləndirir;

- İrəvan bu reallığı qəbul etməkdən yayınaraq revanşizmi öz siyasətinin nüvəsində saxlayır və sülhə əngəl olan maneələri inkişaf etdirməyə çalışır.

Ermənistan əsl niyyətini bəyan edir

2018-ci ildən 2019-cu ilə keçid etdikdən sonra Nikol Paşinyanda bir əminlik yarandı: O, proseslərin gedişində daxildə öz siyasi elektoratını gücləndirdikdən, müəyyən qədər ideoloji-siyasi dəstək və legitimlik qazandıqdan sonra rəsmi İrəvanın ritorikasını gözləntilərin tamamilə ziddi olan cəbhəyə istiqamətləndirdi.

Bu, sülhə xidmət etmədi. Çünki Nikol Paşinyan öz siyasi kursunu əvvəlki işğal doktrinasına qaytarmaqla yanaşı, onu yeni və daha təhlükəli destruktiv elementlərlə zənginləşdirdi.

Bununla da sülh prosesinin dağılması prosesi geriyədönməz xarakter aldı və bu, əsasən 3 hadisədə özünü göstərdi.

1. Nikol Paşinyan administrasiyasında müdafiə naziri olan Davit Tonoyan 2019-cu il martın sonlarında Vaşinqtonda erməni icması ilə görüşdə hərbi-siyasi təcavüzü yeni doktrina ilə etiteklədi: O, “yeni ərazilər üçün yeni müharibə” formulunu irəli sürərək bu siyasəti bəyan etdi.

2. Bu mövqe artıq Ermənistanın ictimai-siyasi təfəkküründəki radikallığı ayaqda saxlayan doktrina idi. Bir neçə ay sonra - 2019-cu ilin avqustunda Nikol Paşinyan o zaman işğal altında olan torpaqlarda “Qarabağ Ermənistandır və nöqtə” deməklə işğal meyillərinə siyasi legitimlik donu geyindirdi.

3. 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində genişmiqyaslı toqquşmalar İrəvanın siyasi kursundakı yeni hekayələrə əsaslanırdı. Ancaq Azərbaycan Ordusunun cavab tədbirləri ilə Ermənistan istəyinə nail olmadı.

Sözügedən proseslər Nikol Paşinyanın danışıqlar prosesini:

- Sülh trayektoriyasından çıxararaq sıfırlamasının,

- İrəvanın yeni doktrinasını növbəti danışıqlar raunduna tətbiq etmək cəhdlərinin göstəricisi idi.

Bu, sülh prosesinin tamamilə dağılması olmaqla yanaşı, Azərbaycanın milli-təhlükəsizlik maraqlarına da tamamilə zidd idi.

Müharibə vasitəsilə sülh

Ermənistan rəhbərliyinin hərbi təcavüz müstəvisində dövlət siyasətini yeniləməsi Azərbaycanı mövcud status-kvonu güc vasitəsilə dəyişdirməyə məcbur etdi. Üstəlik, 2020-ci ilin sentyabrında Ermənistan qoşunlarının cəbhə xəttində təxribatlar seriyasını yeniləməsi Azərbaycanın qərarını qətiləşdirdi: Artıq müharibə qaçılmaz bir müdafiə zərurəti idi və silahlı vasitələrlə münaqişənin sonlandırılması regionun xilası üçün mühüm idi.

Nəticədə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməklə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini öz gücü ilə yerinə yetirdi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. Üç ildən sonra keçirilən antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyini ərazi bütövlüyü kontekstində təmin edən son akt oldu.

Bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional sülh və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələri və şəxsi heyət daha da peşəkarlaşaraq regionun hərbi təhlükəsizliyində çəkisini artırır. Üstəlik, Azərbaycan Ordusunun arsenalına ən müasir silahlar daxil edilir. Hərbi gücün qorunması və müdafiə sənayesi kompleksinin yerli imkanlarla genişləndirilməsi Cənubi Qafqazda destruktiv siyasətə yer qoymur.

“Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köç davam edir. Bu, region üçün iqtisadi dayanıqlılıq və genişmiqyaslı investisiyalar dövrünü başladır.

Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz çərçivəsində Azərbaycanın geostrateji mövqeyi unikal müstəviyə yüksəlir. Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar və reallaşdırılan layihələr isə ölkəmizin tranzit potensialını qat-qat artırmaqla regional əməkdaşlıq formatında eksklüziv imkanlar yaradır.

Bunların fonunda Azərbaycan qlobal sistemdə “orta güc” statusunu möhkəmləndirən aktora çevrilir.

Müəllif – Aqşin Kərimov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər