Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb
Naxçıvan, 24 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyənin Van şəhərinə yola düşüb.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfərin məqsədi sentyabrın 22–28-də keçirilən III Beynəlxalq Monotamaşalar Festivalında iştirak etməkdir.
Festival çərçivəsində Naxçıvan Dövlət Kukla Teatrı “Killerlərdən teleqram” və “Səssiz fəryad” monotamaşalarını təqdim edəcək. Bu, Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq monotamaşalar festivalında ilk iştirakıdır. Kollektivin təqdim edəcəyi tamaşalar vasitəsilə Naxçıvan teatrının yaradıcılıq üslubu, aktyor ifası və səhnə imkanlarının festival iştirakçılarına nümayiş etdirilməsi nəzərdə tutulur.
Festival müxtəlif ölkələrdən teatr kollektivlərini və sənət nümayəndələrini bir araya gətirir. Bir həftə davam edəcək festival çərçivəsində müxtəlif teatr məktəblərinin və yaradıcılıq nümunələrinin təqdimatı keçiriləcək.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [10:51]
Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]