“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankerinin əsaslı təmiri başa çatıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumla təmizləndikdən sonra üçqat rənglənib. Gəminin baş göyərtəsində və mexanizmlərində də rənglənmə işləri aparılıb.
Baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərlə yanaşı, gəminin köməkçi buxar qazanı da təmir olunub. Həmçinin tankerdə gövdə-qaynaq, elektrik quraşdırma, boru quraşdırma, avtomatika işləri görülüb.
Bundan başqa, gəmidə dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.
Sınaq üzüşündən uğurla çıxan tanker yenidən istismara qaytarılıb.
“Culfa” gəmisinin uzunluğu 149,9 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metr, dedveyti 13 min 470 tondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]