Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməkdə maraqlıdır və təşkilatın bütün üzv dövlətləri ilə əməkdaşlığa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində ATƏT-ə üzv dövlətlərin nümayəndələri üçün təşkil olunan qəbulda bildirib.
Nazir Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürdüyünü və bu istiqamətdə üzv dövlətlərin dəstəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Avropada təhlükəsizlik məsələləri hazırda ciddi təzyiqlərlə üzləşir və belə şəraitdə dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artır.
“Suverenliyə hörmət, dialoq, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquq və normalara riayət, eləcə də götürülmüş öhdəliklərin yerinə yetirilməsi təhlükəsizliyin əsasını təşkil edir", - deyə M.Boçorişvili vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]