Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Bakıda dünyada məşhur olan yerli və beynəlxalq sərgilər təqdim ediləcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Oktyabrın 30-dan noyabrın 1-dək Bakıda artıq ikinci dəfə təşkil olunan “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində şəhərin müxtəlif məkanlarında beynəlxalq və Azərbaycan müasir incəsənətini əhatə edən sərgilər təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq və üç gün davam edəcək incəsənət həftəsonunun sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular üzərində düşünmək imkanı yaradacaq.

Xatırladaq ki, festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.

Sərgi proqramının mühüm istiqamətlərindən biri “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

Proqramın mühüm layihələrindən biri çinli rəssam Canq Cinin (Zhang Ji) fərdi sərgisi Heydər Əliyev Mərkəzində nümayiş olunacaq. Canq Ci “Həqiqət dərisi” (The Skin of Truth) silsiləsində dini memarlığa müasir elmi və texnoloji dünyada da öz əhəmiyyətini qoruyan qədim bir həqiqətin izi kimi yanaşır. Rəssam məscid, sinaqoq və kafedrallarda rast gəlinən memarlıq naxışlarından ilhamlanaraq onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir. Əsərlərin yaradılma prosesi olduqca uzun vaxt və səbir tələb edir. Canq Ci şpris vasitəsilə boyanı kətanın üzərinə çox incə və dəqiq şəkildə tətbiq edir. Bəzi əsərlərin hazırlanmasında hər biri 170 millilitr olmaqla, 120-yə qədər boya tubundan istifadə olunur. Nəticədə kətan üzərində mürəkkəb, təkrarlanan naxışlar yaranır və əsərlər bəzən barelyef heykəlləri xatırladır. Bu texnika əsərlərdə möhkəmlik və keçicilik, quruluş və dağılma arasında maraqlı vizual tarazlıq yaradır.

Proqramın digər beynəlxalq layihələrindən biri italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəridir. Heydər Əliyev Mərkəzində baş tutacaq layihə rəssamın güzgü motivi ilə uzunmüddətli yaradıcılıq araşdırmasının davamıdır. Pistoletto altı onillikdən artıq yaradıcılığı boyunca güzgüdən tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün istifadə edib. Onun 1960-cı illərdə yaratdığı “Güzgü rəsmləri” seriyasında tamaşaçının əksi birbaşa əsərə daxil olaraq hər qarşılaşmanı fərqli və bənzərsiz edir. “Əbədiyyət güzgüsü”ndə müəllif bu ideyanı rəqəmsal dövrün imkanları ilə davam etdirir. Layihə süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, hər bir portret dəyişməz xatirə kimi deyil, daim yenilənən və yeni qarşılaşmalarla dəyişən rəqəmsal varlıq kimi mövcud olur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

Heydər Əliyev Mərkəzində baş tutacaq növbəti sərgi dünyada məşhur amerikalı sənətçi Cudi Çikaqonun (Judy Chicago) “Qadınlar dünyanı idarə etsəydilər” (What if women ruled the world) layihəsidir. Əsər Bakı ilə yanaşı, regionda da ilk dəfə təqdim edilir. “DMINTI” ilə əməkdaşlıq çərçivəsində yaradılan bu interaktiv və daim inkişaf edən layihə tamaşaçıları Çikaqonun irəli sürdüyü sualları cavablandırmağa və dünyanın müxtəlif ölkələrindən toplanan cavablar əsasında formalaşan fiziki və rəqəmsal yorğanın yaradılmasına töhfə verməyə dəvət edir. 2022-ci ildən etibarən layihə ABŞ, Meksika, Argentina, Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Hindistan və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə biləcəklər. Layihə tamaşaçıları empatiya, əməkdaşlıq və məsuliyyətin əsas olduğu fərqli bir gələcək haqqında düşünməyə dəvət edir.

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndələrini də bir araya gətirəcək.

Maraqla gözlənilən növbəti layihələrdən biri də “Təbiət danışanda.Varislər” (When nature speaks. Heirs) immersiv sərgisidir. Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində təqdim olunacaq layihə müasir incəsənət, memarlıq, texnologiya, səs və performans vasitəsilə insan və təbiət arasındakı münasibəti araşdırır. Qafqazın “Böyük Beşliyi”dən ilhamlanan beş bölmədən ibarət sərgi yaddaş, biomüxtəliflik və gələcək qarşısında məsuliyyət mövzularını ön plana çıxarır. Layihənin mərkəzində Leyla Əliyevanın canlılar aləminə empatiya, mərhəmət və həssas münasibəti əks etdirən əsərləri dayanır.

Festivalın əsas mövzusu olan “Böyük Beşlik”in və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri “Var Yox” platformasının “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi” (Legendary Creatures – An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində təqdim olunacaq layihə Azərbaycan folklorundakı mifoloji varlıqları ölkənin “Böyük Beşliyi” ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və kollektiv yaddaşın daşıyıcıları kimi təqdim olunur və onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Azərbaycanın tanınmış müasir incəsənət nümayəndəsi, rəssam Aydan Salahovanın “Qız qalası” (Maiden Tower) adlı fərdi sərgisi isə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunacaq. Rəssamın uşaqlıq xatirələri və emosiyalarından ilhamlanan layihə Qız qalası haqqında regionun ən qədim və məşhur əfsanələrindən birini poetik sənət dili ilə təqdim edir. Heykəltaraşlıq, rəngkarlıq, qrafika, video işləri və əl işi xalça nümunəsi vahid bədii bütövlükdə birləşərək ziyarətçiyə immersiv sənət təcrübəsi yaşadır. Yaddaş, mifologiya, qadın gücü və təxəyyül layihənin əsas mövzularındandır.

İçərişəhərdə yerləşən “QGallery” sərgi salonunda rəssam Faiq Əhməd və Fərid Rəsulovun ortaq “Yaddaşdan ötə” (Beyond Memory) sərgisi festival müddətində təqdim olunacaq. Sərgi Faiq Əhməd və Fərid Rəsulovun “Azərxalça” ASC ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn əsərləri vasitəsilə mədəni yaddaşın necə qorunduğunu və zamanla necə dəyişdiyini araşdırır. “Yaddaşdan ötə” ənənəni keçmişdə qalan sabit bir anlayış kimi deyil, daim yenilənən və yeni məna qazanan canlı proses kimi təqdim edir. Faiq Əhməd ənənəvi xalça naxışlarını təhrif, parçalanma və rəqəmsal müdaxilələr vasitəsilə yenidən qurur. Beləliklə, tanış ornamentlər öz əsas xüsusiyyətlərini qoruyaraq müasir və dəyişkən vizual dilə çevrilir. Fərid Rəsulov isə yaddaşa gündəlik həyatımızın içindən yanaşır. Ev interyerləri, memarlıq elementləri və tanış əşyalar vasitəsilə keçmişin yaşadığımız məkanlarda və ətrafımızdakı predmetlərdə necə iz buraxdığını araşdırır. İki sənətçinin yanaşması bir araya gələrək mədəniyyətin necə formalaşdığını, qorunduğunu və nəsildən-nəslə necə ötürüldüyünü göstərir. Bu sərgi ənənə ilə innovasiya arasında davam edən dialoqa yeni baxış təqdim edir.

“Atəş Hub” platformasının “Sayrışan simvollar” (Shimmering Symbols) qrup sərgisi Şirvanşahlar Sarayında keçiriləcək. Sərgi qədim türk mifoloji düşüncəsində və Azərbaycan mədəniyyətində heyvan obrazlarının yerini araşdırır. Sərginin mərkəzində “Qafqazın Böyük Beşliyi” — Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı dayanır. Bu heyvanlar həm biomüxtəlifliyin nadir nümayəndələri, həm də kollektiv yaddaşda formalaşmış simvolik obrazlar kimi təqdim olunur. Sərgi qədim totemik təsəvvürlərdən müasir vizual mədəniyyətə qədər heyvan obrazlarının keçdiyi dəyişimi izləyir. Yeni media və multidisiplinar sənət praktikaları vasitəsilə bu simvollar müasir ekoloji, mədəni və texnoloji reallıqlar kontekstində yenidən şərh olunur. “Sayrışan simvollar” “Varislər” sənət layihəsinin tərkib hissəsidir. Sərgidə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupova iştirak edirlər.

Elnarə Nəsirlinin “Fluxus Space”də təqdim olunacaq “Məhdud reallıqlar” (İsolated Realities) sərgisi canlı orqanizmlə onu əhatə edən mühit arasındakı qarşılıqlı əlaqəni araşdırır. Orqanizm ətraf mühitə uyğunlaşmaqla yanaşı, özü də həmin mühiti dəyişdirir və bu proses müxtəlif fiziki və bioloji izlər yaradır. Sərgi məkan, təkrarlanma və bioloji izlər vasitəsilə bu qarşılıqlı təsirin necə formalaşdığını göstərir. Layihə həmçinin lokal dəyişikliklərin daha böyük, qlobal ekoloji proseslərə təsirini araşdırır. Elnarə Nəsirlinin əsərləri elmi müşahidə ilə bədii və poetik yanaşmanı bir araya gətirir. Müxtəlif fiziki izlər və vizual materiallar canlıların yaşadığı mühitin bir növ yaddaşını formalaşdırır. “Məhdud reallıqlar” insanı və təbiəti bir-birindən ayrı deyil, daim bir-birini dəyişdirən və yenidən formalaşdıran vahid sistem kimi düşünməyə dəvət edir.

Rəşid Əl Xəlifənin (Rashid Al Khalifa) İçərişəhərdə, “Bakı Xanlar Bağı”da sərgilənəcək “Yeşik labirinti – ağ” (Crate Maze – White) adlı instalyasiyasında emal boyası ilə rənglənmiş saxlama yeşikləri ticarətin metaforu kimi təqdim olunur. Bu yeşiklər bir tərəfdən sərvəti, digər tərəfdən isə qiymətli malları, fikirləri və mədəni mübadiləni qoruyan, lakin eyni zamanda onları məhdudlaşdıran qəfəsəbənzər strukturları simvolizə edir. Həndəsi tərtibatı, ətrafındakı dəyişən işıq və kölgələr, həmçinin insanı özünə cəlb edən quruluşu vasitəsilə “Yeşik labirinti – ağ” ticarətin həm məhdudlaşdırıcı, həm də birləşdirici qüvvə kimi ikili mahiyyətini vurğulayır. Əsər bir tərəfdən irsi və tarixi yaddaşı qoruyarkən, digər tərəfdən isə sərhədlər arasında hərəkət və əlaqə üçün imkan yaradır.

Bundan əlavə, festival günlərində ziyarətçilər “Artefact Gallery”də azərbaycanlı müasir rəssam Nəzrin Məmmədovanın “QUALIA: TRACE / CODE”, “Gazelli Art House”da Manal Əl-Dəvayan, Sofiya Əl-Mariya, Raya Kassisiyə, Almagül Menlibayeva, Elnarə Nəsirli və Əzizə Qədirinin əsərlərini bir araya gətirən “Hər şey qatlanır, açılır, yenidən qatlanır” (Everything Folds, Unfolds, Folds Again) adlı qrup sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsini, multidisiplinar rəssam Mədinənin yaradıcılığını əks etdirən “Xalçalar diyarı” (Land of Carpets) sərgilərini də izləyə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO