Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışında paytaxta gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, bu, Formula 1 yarışının Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Ötən il Azərbaycan Qran-Prisini izləmək üçün paytaxta gələn xarici qonaqların sayı 14 min olub.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. Bu il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.
Beləliklə, 10-cu Azərbaycan Qran-Prisi rekord sayda xarici qonağı Bakıya gətirməklə yanaşı, dünyanın müxtəlif ölkələrindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:37]
Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb
- 24.09.2026 [13:03]
Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb
- 24.09.2026 [11:09]
Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]