Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 2025-ci ildə toxum və əkin materiallarında aşkar edilən uyğunsuzluq halları ilə bağlı onların idxal edildiyi ölkələrə 22 bildiriş göndərib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Vəfa Rüstəmova "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfrans çərçivəsində keçirilən "Toxum keyfiyyətinə dövlət nəzarəti və toxumçuluğa dövlət dəstəyi" adlı panel müzakirədə çıxış edərkən deyib.
Vəfa Rüstəmova, həmçinin 2024-ci ildə belə bildirişlərin sayının 84 olduğunu diqqətə çatdırıb. O, həmin bildirişlərin İran, Rusiya, Qırğızıstan, Özbəkistan və Türkiyəyə göndərildiyini bildirib.
Sektor müdiri, eyni zamanda, vurğulayıb ki, uyğunsuzluq halları dekorativ əkin materiallarının idxalında da baş verib.
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]