Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub.
“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen ikinci, “Ferrari”nin monakolu pilotu Şarl Lekler üçüncü pillədə yer alıb.
Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
12:30
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.
AZƏRTAC xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş olacaq.
Fotoqraflar – Tofiq Babayev, İlkin Cavanşirov