Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar bir ailə kimi, qarşılıqlı hörmət, dostluq və birlik şəraitində yaşayırlar. Məhz bu həmrəylik Vətən müharibəsində xalqımızın vahid mövqedən çıxış etməsinə imkan verdi.
AZƏRTAC xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan uzun illərdir tolerantlıq və multikulturalizm prinsiplərinə əsaslanan cəmiyyət modeli ilə seçilir. Müxtəlif dini və etnik qrupların ölkədə qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşaması Azərbaycanın ictimai həyatının mühüm xüsusiyyətlərindəndir.
Yepiskop Vətən müharibəsində əldə olunan Qələbənin Azərbaycan üçün əhəmiyyətinə də toxunub.
“Vətən müharibəsində qazanılan Qələbə ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Bu Qələbə torpaqlarımızın azad edilməsinə, vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasına və regionun iqtisadi inkişafı üçün yeni şəraitin yaranmasına imkan verdi”, - deyə Aleksiy bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
- 17.10.2026 [12:26]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]