Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyi və milli-mənəvi vəhdətimizin bəhrələridir. Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti davam etdikcə zəfərlərimiz davam edəcək. Necə ki, 2023-cü ildə antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi tam bərpa olundu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə 27 Sentyabr - Anım günü ilə bağlı keçirilən tədbirdə deyib.
QMİ-nin sədri bildirib ki, ləğv edilmiş separatçı rejim nümayəndələri bu gün Azərbaycan məhkəməsi qarşısında cavab verirlər, mənfur əməlləri bütün dünya qarşısında ifşa olunur, ədalət yerini alır.
“Bir zamanlar terrorçuların, separatçıların yuvasına çevrilmiş Xankəndi bu gün Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırımı qurbanlarının Memorial abidəsi ucaldılıb. Bakıda isə Zəfər Tağı qürurlu Qələbəmizi təcəssüm etdirir. Azərbaycanın din xadimləri, bütün dindarlarımız hər zaman dövlətimizin başçısının müdrik daxili və xarici siyasətini, qalibiyyətli siyasi xəttini dəstəkləyirlər və onun üçün həmişə dualar edirlər", - deyə Allahşükür Paşazadə əlavə edib.
Fotoqraf - Azər İbrahimov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:04]
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 24.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 24.09.2026 [11:35]
Xəzərdə zəlzələ olub
- 24.09.2026 [11:33]
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
- 24.09.2026 [11:06]
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
- 24.09.2026 [11:04]
Ötən gün 48 cinayətin açılması təmin olunub
- 24.09.2026 [10:57]
Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]