Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir
Bakı, 24 sentyabr, AZƏRTAC
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, artıq toxumçuluq icazə sahəsidir. Bununla bağlı əlavə bürokratik çətinlik də yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfrans çərçivəsində keçirilən "Toxumçuluğun inkişafı: Cari vəziyyət və hədəflər" adlı panel müzakirədə çıxış edərkən deyib.
O qeyd edib ki, elektron hökumət sistemində "Toxumçuluq haqqında" Qanuna əsasən, toxumçu barədə hər hansı bir informasiya olduğu halda yenidən tələb edilməyəcək: "Yəni əlavə sənəd yükü də ortada yoxdur. Sadəcə olaraq, əgər əvvəllər qeydiyyatdan keçdikdə arayış verilirdisə, hazırda sözügedən qeydiyyat icazə xarakteri daşıyır. Yəni hüquqi rejim artıq dəyişib. Buna görə icazənin mahiyyətində də dəyişiklik olub. "Toxumçuluq haqqında" Qanunun pozulmasına görə İnzibati Xətalar Məcəlləsi ilə müvafiq olaraq cərimələr müəyyənləşdirilirdisə, hazırda qanun pozuntusuna, yəni icazəsiz işə görə fəaliyyət 90 gün müddətinə kimi dayandırıla bilər. Ümumilikdə icazənin ləğv olunması da mümkündür. Qanun qəbul olunanadək elektron sistemdə qeydiyyatdan keçmiş, yəni şəhadətnaməsi olan toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir. Müddət bitəndən sonra yeni şəhadətnamə alındıqda artıq proses yeni tənzimləmə əsasında aparılacaq".
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
- 24.09.2026 [11:29]
Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]