Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır
Bakı, 24 sentyabr, AZƏRTAC
Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İdayət Zeynalov "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" mövzusunda konfrans çərçivəsində "Toxum keyfiyyətinə dövlət nəzarəti və toxumçuluğa dövlət dəstəyi" panelində deyib.
O bildirib ki, Aqrar Sığorta Fondunun fəaliyyəti bitkiçilik sahəsində, eyni zamanda, heyvandarlıq və digər aqrar sahədə kənd təsərrüfatı məhsullarının becərilməsi sahəsində təbiətdə baş verən, qarşısı alınması mümkün olmayan hadisələrin istehsalçılara, fermerlərə, sahibkarlara yetirdiyi zərərin müəyyən hissəsinin qarşılanması məqsədini güdür: “Yəni Aqrar Sığorta Fondu hər zaman fermerlərin yanındadır, fermerlərin ən yaxşı dostudur. Təbii ki, birbaşa Aqrar Sığorta Fondunun fəaliyyəti toxumçuluğun hər hansı bir formada istehsalına, inkişafına yönəlməsə də, amma bütövlükdə bitkiçiliyin istehsalında, açıq sahədə becərilən kənd təsərrüfatı bitkilərinin istehsalında toxumçuluğa öz təsirini göstərməkdədir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]