Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıda Azərbaycan Hava Yolları və “Boeing” şirkətinin təşkilatçılığı ilə “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib.
AZƏRTAC xəbər verir ki, uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmiş simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir.
Həmçinin proqram təminatı təyyarənin eniş sistemlərini sınaqdan keçirməyə imkan verir. Bu, “Dreamliner”in innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübədir.
“Boeing 787 Dreamliner” uçuş simulyatoru iştirakçıların böyük marağına səbəb olub. Simulyatorun real uçuş şəraitini yüksək dəqiqliklə imitasiya etməsi və təyyarənin idarəetmə imkanlarını sınaqdan keçirməsi diqqəti xüsusilə cəlb edib.