Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan bizim üçün sadəcə yaşadığımız ölkə deyil, Azərbaycan həm də bizim Vətənimizdir. Bu Vətənin sevinci bizim sevincimiz, acısı bizim acımız, şəhidləri isə bizim şəhidlərimizdir.
AZƏRTAC xəbər verir ki, bunu Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Zamir İsayev bildirib ki, Vətən müharibəsi Azərbaycan cəmiyyətində müxtəlif dini və etnik icmaların həmrəyliyini, vahid məqsəd ətrafında birləşməsini bir daha nümayiş etdirib.
“Azərbaycanın müxtəlif xalqlarının nümayəndələri cəbhədə birlikdə Vətən uğrunda mübarizə apardılar, çiyin-çiyinə dayandılar və düşmən üzərində Qələbənin tarixini yazdılar”, - deyə icma rəhbəri vurğulayıb.
O, şəhid məzarlarının və onların xatirəsi ilə bağlı məkanların ziyarət edilməsinin yəhudi icması üçün də xüsusi mənəvi əhəmiyyət daşıdığını qeyd edib.
“İllər ərzində bizə aşılanan müxtəlif xalqların bir ailə kimi yaşaması ideyasının əsl mahiyyətini məhz müharibə günlərində gördük. Hamı bir ailə kimi bir-birinin yanında oldu və bir ailə kimi Qələbəyə sevindi”, - deyə o bildirib.
Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Azərbaycan yəhudilərinin əsrlər boyu Azərbaycan xalqının ayrılmaz hissəsi olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:04]
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 24.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 24.09.2026 [11:35]
Xəzərdə zəlzələ olub
- 24.09.2026 [11:33]
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]