Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar.
Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa vurub.
Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/4 final görüşünü qələbə ilə başa vuraraq yarımfinala adlayıb.
Sabah Amin Məmmədzadə (55 kiloqram) yarımfinal döyüşünə çıxacaq. Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:43]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:19]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:01]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [19:19]
Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
- 23.09.2026 [18:35]
Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
- 23.09.2026 [16:18]