Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb
Ankara, 23 sentyabr, AZƏRTAC
Türkiyə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) “boz siyahı”sına daxil edilmək təhlükəsi ilə üzləşən ölkələr sırasında deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilib.
Nazirlik Ankaranın maliyyə cinayətləri ilə mübarizə sahəsində strateji boşluqlarının olmadığını təsdiqləyib və qeyd edib ki, hazırda ölkə FATF-in 40 meyarından 38-nə cavab verir.
“Türkiyə çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində imkanlarını davamlı gücləndirir. Ölkəmiz bu istiqamətdə institusional mexanizmləri təkmilləşdirir və praktiki addımlar atır”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, FATF çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qlobal standartların hazırlanması ilə məşğul olan, habelə milli sistemlərin bu standartlara uyğunluğunu qiymətləndirən hökumətlərarası təşkilatdır. Qurum 1989-cu ildə yaradılıb, qərargahı Parisdə yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]