Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb
Paris, 23 sentyabr, AZƏRTAC
Fransa Azərbaycanda 2023-cü ilin dekabrından etibarən saxlanılan Fransa vətəndaşı Martin Ryanın Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi qərarını məmnunluqla qarşılayıb.
AZƏRTAC xəbər verir ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bu qərarın humanitar xarakter daşıdığı vurğulanıb və Fransa tərəfinin həmin addımı alqışladığı bildirilib.
“Azərbaycan Prezidentinin əfv qərarı iki ölkə arasında diplomatik təmasların davam etdirilməsi baxımından mühüm humanitar addımdır”, - deyə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:28]
Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb
- 23.09.2026 [20:22]
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
- 23.09.2026 [19:49]