Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
Nyu-York, 23 sentyabr, AZƏRTAC
İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Marko Rubio BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Dünyada terrorizmin aparıcı sponsorunun nüvə silahına sahib olması qəbuledilməzdir”, – deyə o vurğulayıb.
Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranın nüvə imkanlarını məhdudlaşdırmaq istiqamətində səyləri ötən il İranın nüvə obyektlərinə endirilən zərbələrlə yekunlaşmır. O bildirib ki, Tramp bu məsələdə növbəti nəsli düşünür.
Dövlət katibi, həmçinin ABŞ hərbçilərinin Hörmüz boğazının bir hissəsinin kommersiya neft tankerlərinin hərəkəti üçün açıq qalmasını təmin etdiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]