Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Oyun çətin keçdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olduqları yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, Azərbaycan millisinin keyfiyyətli komanda olduğunu bildirib.
“Hər iki komandanın qol fürsətləri oldu. Lakin Toral Bayramov kimi səviyyəli futbolçunun cərimə zərbəsi matçı dəyişdi. Təəssüf ki, biz əlimizə düşən imkanlardan yararlana bilmədik. Qol imkanlarımızı nəzərdən keçirəcəyik. Bizim də keyfiyyətli oyunçularımız var. Dünən də demişdim ki, 4-5 il əvvəlki Azərbaycan millisi ilə indiki arasında fərq var. Deməzdim ki, rəqib oyunçular məni təəccübləndirdilər. Çünki bilirdik ki, bizi yaxşı komanda ilə oyun gözləyir. Düşünürəm ki, yığmanız D Liqasında olmağa layiq deyil. Ümid edirəm ki, onlar burada xal yığıb C Divizionuna vəsiqə əldə edəcəklər”, - deyə İqor Angelovski vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:53]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:43]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:19]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:01]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [19:19]
Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
- 23.09.2026 [18:35]
Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
- 23.09.2026 [16:18]