ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
Nyu-York, 23 sentyabr, AZƏRTAC
Rusiya və Ukrayna taxıl daşımalarına, eləcə də hər iki ölkənin enerji sektoruna hücumların dayandırılmasını nəzərdə tutan məhdud atəşkəsdə maraqlı olduqlarını bildirib.
AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio Baş Assambleyanın sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu, asan olmayacaq, lakin hər iki tərəf belə bir razılaşmada maraqlı olduğunu bildirib”, – deyə Rubio qeyd edib.
Dövlət katibi vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski də belə bir təşəbbüsü açıq şəkildə dəstəkləyib.
“Əgər bunun baş verməsində konstruktiv rol oynaya bilsək, buna açığıq. Bu, müharibəni bitirmir, lakin müəyyən bir problemi həll edir və daha geniş razılaşma üçün başlanğıc nöqtəsi və ya platforma ola bilər”, – deyə Dövlət katibi diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]