Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir
Berlin, 23 sentyabr, AZƏRTAC
Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadə və əməyin istismarının qarşısının alınması məqsədilə 10 maddəlik fəaliyyət planını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər və Əmək və Sosial Məsələlər nazirliklərinin birgə hazırladığı sənəd, xüsusilə Avropa İttifaqı ölkələrindən əmək miqrasiyası ilə bağlı sui-istifadə hallarını əhatə edir.
Plana əsasən, dövlət qurumları arasında məlumat mübadiləsi genişləndiriləcək, Federal Əmək Agentliyinin nəzdində sosial ödənişlərdən sui-istifadə ilə mübarizə üzrə mərkəzi səlahiyyətlərə malik qurum və beş regional bölmə yaradılacaq. Saxta və ya natamam məşğulluq qeydiyyatına görə işəgötürənlərin də sosial ödənişlərin geri qaytarılması ilə bağlı məsuliyyəti nəzərdə tutulur.
Sənəddə sosial ödənişlərdən sui-istifadə məqsədilə istifadə olunan yararsız binalara qarşı bələdiyyələrin imkanlarının artırılması da yer alır. Hökumət, həmçinin icra edilən həbs qərarı ilə axtarılan şəxslərin sosial təminat ödənişləri almasının qarşısını almağı planlaşdırır.
Fəaliyyət planı mütəşəkkil istismarın təşkilatçılarının təqibinin gücləndirilməsini, insan alveri və məcburi əmək qurbanlarının müdafiəsini, habelə potensial əmək miqrantlarının mənşə ölkələrində əmək standartları və hüquqları barədə məlumatlandırılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]