Monteneqroda 11 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə üç günlük matəm elan olunub

13.08.2022 [17:55]
Monteneqroda silahlı şəxsin ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açması nəticəsində 11 nəfərin öldüyü faciə ilə bağlı üç günlük matəm elan edilib. AZƏRTAC xəbər verir ki, Monteneqro hökuməti ötən gün baş verən silahlı hücumla əlaqədar ölkədə üç günlük ...

“Meduza” festivalında faciə: bir nəfər həlak olub, daha 40 nəfər xəsarət alıb VİDEO

13.08.2022 [15:37]
Kulyerdə (Valensiya) “Meduza” festivalı zamanı güclü külək əsməsi nəticəsində əsas səhnənin müxtəlif konstruksiyaları, həmçinin meydançaya giriş yolu dağılıb. Nəticədə bir nəfər həlak olub, daha 40 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ...

Braziliya hökuməti uran kəşfiyyatı üçün dövlət-özəl alyansları yaradılmasına icazə verib

13.08.2022 [15:26]
Braziliya hökuməti uran və nüvə təyinatlı digər faydalı qazıntıların özəl sektor tərəfindən dövlətlə birgə hasil edilməsinə icazə verib. İndiyə qədər bu məsələdə dövlət müstəsna hüquqlara malik idi. AZƏRTAC xəbər verir ki, Braziliya Mədənçıxarma Sənayesi və Energetika ...

Bosniya və Herseqovina təhlükəsizlik baxımından regionda sonuncu yerdədir

13.08.2022 [14:17]
“Qlobal Sülh İndeksi”nə görə, Bosniya və Herseqovina həyat və səyahət üçün ən təhlükəsiz ölkələr sırasında 58-ci yerdə qərarlaşıb. AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina təhlükəsizlik baxımından Qərbi Balkan regionunda isə sonuncu yerdədir. Bunun səbəbləri kimi siyasi qeyri-sabitlik, ölkə daxilində mübahisələrin ...

Serbiya 1,3 milyard dollarlıq silah-sursat alıb

13.08.2022 [12:21]
Serbiya ötən il hərbi silah-sursat alınması ilə bağlı ümumi dəyəri 1 milyard 318 milyon dollar olan müqavilələr imzalayıb. AZƏRTAC xəbər verir ki, bu məbləğ Serbiya ordusunun 2016-cı ilin sonundan etibarən modernləşdirilməsinə başlanandan bəri bütün satınalmaların ümumi dəyərindən çoxdur ...

Gürcüstan hökuməti Rusiyadan Ermənistana yüklərin dəniz yolu ilə daşınmasına icazə verib

13.08.2022 [10:47]
Gürcüstan hökuməti Rusiyadan Ermənistana və geriyə yüklərin dəniz limanları vasitəsilə daşınmasına icazə verib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyindən məlumat verilib ...

“Meari” tropik qasırğası Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşır

13.08.2022 [09:09]
Avqustun 13-də “Meari” tropik qasırğasının Yaponiyanın mərkəzi hissəsində yerləşən Tokay və Kanto regionlarına yaxınlaşacağı gözlənilir. AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanları baş verə biləcək torpaq sürüşmələri, yüksək dalğalar, çayların daşması barədə xəbərdar ediblər ...

Bu ilin ilk yarısında Aralıq dənizində həlak olan və ya itkin düşən miqrantların sayı 1200 nəfəri ötüb

13.08.2022 [08:37]
Bu ilin ilk yarısında Aralıq dənizində həlak olan və ya itkin düşən miqrantların sayı 1200 nəfərdən çox olub. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) yayıb. Bundan əlavə, avqustun 10-da Yunanıstanın Rodos adasının ...

Salman Rüşdi ABŞ-da bıçaqlanıb

13.08.2022 [07:52]
Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb. AZƏRTAC xəbər verir ki, Salman Rüşdi tədbirlərin birində məruzə edərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib. Dünya şöhrətli yazıçının səhhəti ilə bağlı hələ ki məlumat yoxdur ...

Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılacaq

13.08.2022 [07:14]
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 23-dən sonra hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün uzadılmasını təklif edib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc edilmiş qanun layihəsinin mətnində yer alıb ...

İspaniyada yeniyetmələr arasında intihar cəhdlərinin azaldılması üzrə ilk milli pilot planı həyata keçirilir

13.08.2022 [05:17]
2006-cı ildən bəri İspaniyada intihar cəhdlərinin sayı üç dəfə artıb. Bunlar əsasən, medikamentoz zəhərlənməyə əl atan qadınlardır. AZƏRTAC xəbər verir ki, bu problemin həllindən ötrü İspaniyada “Survive” layihəsi dövriyyəyə buraxılıb. Layihəyə İspaniyanın səkkiz dövlət xəstəxanasının rəhbərliyi ...

Monteneqroda silahlı şəxsin ailə üzvlərinə və yoldan keçənlərə atəş açması nəticəsində 11 nəfər ölüb VİDEO

13.08.2022 [01:10]
Monteneqronun Çetinye şəhərində silahlı şəxs ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açıb. AZƏRTAC xəbər verir ki, Çetinye Polisi hadisəni törədən şəxsin 34 yaşı olduğunu, faciə zamanı uşaqlar və polis əməkdaşları da olmaqla çox sayda insana atəş açdığını bildirib ...

Danimarkanın Baş naziri Ukraynaya 110 milyon avro həcmində əlavə maliyyə yardımının ayrılmasını elan edib

12.08.2022 [21:51]
Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynaya 110 milyon avro həcmində əlavə maliyyə yardımının ayrılmasını elan edib. AZƏRTAC xəbər verir ki, bu barədə Kopenhagendə, Avropa İttifaqının 26 ölkəsinin parlamentləri üzvlərinin iştirakı ilə keçirilən Ukraynaya dəstək konfransının açılış mərasimində elan olunub ...

İtaliyada sağ mərkəzçi alyansın prezident idarəetmə sistemini gündəmə gətirməsi müzakirələrə səbəb olub

12.08.2022 [18:51]
İtaliyada qarşıdan gələn növbədənkənar seçkilərdən əvvəl sağ mərkəzçi alyansın hökumət proqramında prezident idarəetmə sisteminin tətbiqini və ölkə prezidentinin xalq səsverməsi ilə seçilməsini gündəmə gətirməsi müzakirə mövzusuna çevrilib ...

İstanbulda Türkiyənin ən böyük universitet kitabxanası istifadəyə verilib VİDEO

12.08.2022 [17:55]
Avqustun 12-də Türkiyənin ən böyük universitet kitabxanası olan İstanbul Mədəniyyət Universitetinin Ziraat Bankı Kitabxanası və Mərkəzi Dərslik Binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ...

2022-ci il İspaniyada yanğın üzrə bütün antirekordları qırıb

12.08.2022 [17:50]
2022-ci il həm yanğınların sayına, həm də yanmış ərazilərin sahəsinə və zərərçəkmiş əyalətlərin sayına görə hazırkı yüzillikdə İspaniyada baş vermiş yanğınlar üzrə bütün antirekordları qıracaq. AZƏRTAC xəbər verir ki, meşə yanğınları barədə Avropa informasiya sisteminə ...

Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub

12.08.2022 [17:25]
Rusiyanın Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub. AZƏRTAC xəbər verir ki, hadisə Omsk şəhərində baş verib. Hazırda dağıntı zonasında xilasedicilər işləyirlər. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur ...

Misir hökuməti qaz və elektrik enerjisi istehlakında qənaət rejimi elan edib

12.08.2022 [17:16]
Qlobal böhranla bağlı valyuta gəlirləri xeyli azalan və Misir funtunun dəyər itirməsi, habelə kəskin inflyasiya ilə üzləşən Misir hökuməti qaz ixracını artırmaq üçün daxili istehlaka 15 faiz qənaət etmək barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, artıq bir neçə Avropa ölkəsi Misirdən təbii qaz idxalını artırmaq ...

Bolqarıstanda meşə yanğınları səbəbindən beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb

12.08.2022 [17:08]
Balkanlarda beynəlxalq əhəmiyyətli ən böyük magistral olan Maritsa şosesi Bolqarıstanda baş verən irimiqyaslı meşə yanğınları səbəbindən bağlanıb. AZƏRTAC xəbər verir ki, rəsmi məlumata görə, Yunanıstan və Türkiyə ilə həmsərhəd ...