Misirdə polisləri qətlə yetirən 10 terrorçu edam ediləcək

28.06.2022 [18:23]
Misirin Fövqəladə Vəziyyət Cinayət Məhkəməsi polisləri qətlə yetirməkdə təqsirləndirilən bu ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının 10 üzvünü edam cəzasına məhkum edib. AZƏRTAC xəbər verir ki, Misir qanunlarında nəzərdə tutulduğu kimi, ölkənin Baş müftisi məhkəmənin bu qərarını təsdiq edib ...

Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsirlərin mübadiləsi baş tutub

28.06.2022 [18:10]
İyunun 28-də Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi növbəti dəfə həyata keçirilib. Mübadilə zamanı Ukraynanın 16 hərbçisi və bir mülki şəxsi qaytarılıb. Rusiyanın isə 15 hərbçisi təhvil verilib. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin ...

İran XİN: Biz Rusiyanın Xəzər dənizində əməkdaşlıq strukturunun yaradılması təklifini dəstəkləyirik

28.06.2022 [17:52]
Biz Rusiyanın Xəzər dənizində əməkdaşlıq strukturunun yaradılması haqqında irəli sürdüyü təklifi dəstəkləyirik. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin bu gün keçirilən görüşündə deyib ...

BMT: Suriyada müharibə dövründə 306 mindən artıq mülki şəxs ölüb

28.06.2022 [17:45]
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Suriyada iğtişaşların başladığı və sonradan vətəndaş müharibəsinə çevrildiyi 2011-ci ildən bəri 306 min 887 mülki şəxsin həlak olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, BMT-nin Suriyaya dair hesabatında bu ölkədə ...

Yens Stoltenberq: NATO Bosniya və Herseqovina üçün yeni dəstək paketi qəbul edəcək

28.06.2022 [17:29]
NATO-nun Madrid sammitində tərəfdaş ölkələr tərəfindən Bosniya və Herseqovina, Moldova və Gürcüstan, eləcə də Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul olunacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib ...

Böyük Britaniyanın əhalisi son on ildə 6 faiz artıb

28.06.2022 [16:55]
Böyük Britaniyanın əhalisi son on ildə 6 faiz artıb. AZƏRTAC xəbər verir ki, Şimali İrlandiya üzrə dərc edilmiş siyahıyaalmanın nəticələrinə əsasən Böyük Britaniyanın əhalisi hazırda 66 ...

Ukrayna və Rusiya həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini aparıblar

28.06.2022 [16:49]
Ukrayna və Rusiya Zaporojye vilayətində həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini aparıblar. Ukraynanın 46 müdafiəçisinin cəsədləri qaytarılıb. AZƏRTAC bu barədə Ukraynanın Müvəqqəti İşğal edilmiş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ...

Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü davam edir

28.06.2022 [16:47]
Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü davam edir. Nazirlər Xəzəryanı dövlət başçılarının görüşlərinin hazırlanması və razılaşdıracaqları məsələləri nəzərdən keçirirlər ...

BMT-nin Baş katibi İrana tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırıb

28.06.2022 [16:42]
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ı İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıb. AZƏRTAC xəbər verir ki, bu barədə İranın İRNA agentliyi xəbər verib. Baş katib İranın dünya bazarına neft çıxarmasına icazənin ...

NATO: Türkiyə, İsveç və Finlandiyanın dövlət başçıları bu gün Madriddə görüşəcəklər

28.06.2022 [16:03]
İyunun 29-da Madriddə İspaniyanın Şimali Atlantika Alyansına daxil olmasının 40-cı ildönümünə təsadüf edən NATO-nun tarixi Sammiti öz işinə başlayacaq. AZƏRTAC xəbər verir ki, sammitdən əvvəl bu gün NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Sauli ...

Gürcüstan hökuməti buğda və arpa ixracına qadağa qoyub

28.06.2022 [15:52]
Gürcüstan hökuməti bir il müddətinə buğda və arpa ixracına qadağa qoyub. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın kənd təsərrüfatı naziri Otar Şamuqiya məlumat verib. Onun sözlərinə görə, ölkədən buğda və arpa ixracına qadağa 2023-cü il iyulun 4-dək qüvvədə qalacaq ...

ABŞ Prezidenti NATO sammitində iştirak etmək üçün Madridə gəlib

28.06.2022 [15:27]
ABŞ Prezidenti Cozef Bayden NATO-nun tarixi sammitində iştirak etmək üçün Madridə gəlib. AZƏRTAC xəbər verir ki, bu gün ABŞ Prezidenti Cozef Bayden və İspaniyanın Baş naziri Pedro Sançes arasında ilk rəsmi görüş keçiriləcək. Görüşdə Ukraynadakı vəziyyət ...

Bosniya və Herseqovinada rekord səviyyədə inflyasiya qeydə alınıb

28.06.2022 [15:05]
Bosniya və Herseqovinada mayda inflyasiya 14,4 faiz təşkil etməklə ölkə tarixinin ən yüksək səviyyəsinə yüksəlib. AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Statistika Agentliyinin məlumatına görə, ay ərzində ölkədə ərzaq və alkoqolsuz içkilərin qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə ...

Ağ evdə Ukraynanın itirilmiş əraziləri geri qaytaracağına şübhələr var

28.06.2022 [14:50]
Ağ evin əməkdaşları Ukraynanın işğal altına düşən ərazilərini geri qaytara biləcəyinə getdikcə daha az inanırlar. AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın adları açıqlanmayan rəsmi şəxslərinə istinadla məlumat yayıb ...

Kremençukda həlak olanların sayı 20 nəfəri ötüb

28.06.2022 [14:21]
Dünən Rusiya qoşunları tərəfindən Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərindəki ticarət mərkəzinə endirilən raket zərbələri nəticəsində 20-dən çox insan həlak olub, 59 nəfər yaralanıb. AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident ofisi rəhbərinin ...

Rəcəb Tayyib Ərdoğan: İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin narahatlığını nəzərə almalıdırlar

28.06.2022 [14:05]
“Efes 2022” təliminin yekun mərasimlərinə getdiyimiz İzmirdə ordumuzun gücünü bir daha gördük. Biz dünyanın ən qədim və ən təsirli ölkələrinin başında gəlirik. İstər terrorizmlə mübarizə, istərsə də regional böhranların aradan qaldırılması istiqamətindəki fəaliyyətimizi uğurla həyata keçiririk ...

Belçikada koronavirusa yoluxma hallarının sayı yenidən artmağa başlayıb

28.06.2022 [13:46]
Son həftə ərzində Belçikada koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 32 faiz artıb. AZƏRTAC Belçika mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin “Sciensano” İctimai Səhiyyə İnstitutu məlumat yayıb. Məlumata görə ...

İyunun sonlarında Tokioda istilər son 147 illik müşahidələr ərzində rekord həddə çatıb

28.06.2022 [13:12]
İyunun son günlərində Tokioda orta hava temperaturu 1875-ci ildən bəri aparılan müşahidələr ərzində rekord həddə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 28-də “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, iyunun 21-dən başlayaraq bu ayın 29-da və 30-da Tokioda orta sutkalıq temperatur ...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə növbəti görüş Vyanada keçiriləcək

28.06.2022 [13:09]
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə növbəti görüş iyulun 1-də Vyana şəhərində keçiriləcək. AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkənin xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş 2022-ci ...