RUSİYANIN ƏHALİSİ 2015-Cİ İLƏDƏK DAHA 10 MİLYON NƏFƏR AZALACAQ

11.06.2004 [22:30]
2015-ci ilədək Rusiyanın əhalisi daha 10 milyon nəfər azalacaqdır. AzərTAc xəbər verir ki, bunu Federal Dövlət Statistikası Xidməti Əhalinin Statistikası İdarəsi rəisinin müavini Olqa Antonova iyunun 11-də “Novosti” agentliyində ...

MİSİR AŞPAZLARI “GİNNESİN REKORDLAR KİTABI”NA DÜŞMƏK NİYYƏTİNDƏDİRLƏR

11.06.2004 [22:28]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Misir aşpazları sadə misirlilərin ən sevimli “kuşari” xörəyini hazırlamaqla “Ginnesin rekordlar kitabı”na düşmək niyyətindədirlər. Düyü, mərci, noxud, makaron və soğandan hazırlanan bu xörəyin ...

ALMANİYALI MÜTƏXƏSSİSLƏR SUMQAYITDA MƏŞĞƏLƏ KEÇİRİRLƏR

11.06.2004 [19:28]
Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyi tərəfindən maliyyələşdirilən “Almaniyanın və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” layihəsi çərçivəsində Sumqayıtda bir sıra kiçikhəcmli layihələr həyata keçirilir.
Tərəfdaş şəhərlər – Sumqayıt və ...

MOLDOVADA YETKİNLİK YAŞINA ÇATMAYAN UŞAQLARA DA PASPORT VERİLƏCƏK

11.06.2004 [19:09]
AzərTAc-ın Kişinyovdan aldığı xəbərə görə, Moldovanın yetkinlik yaşına çatmayan vətəndaşları indən belə dövlət sərhədini ancaq pasportla keçə biləcəklər.
Ölkə ərazisini isə onlar yalnız valideynlərinin, qəyyumlarının, yaxud notarius tərəfindən ...

TÜRKİYƏ SƏFİRİ TƏL-ƏVİVƏ QAYITMIŞDIR

11.06.2004 [16:56]
AzərTAc xəbər verir ki, iyunun 8-də təcili olaraq Ankaraya çağırılan Türkiyənin İsraildəki səfiri Firudin Sınıroğlu iyunun 11-də Təl-Əvivə qayıtmışdır. Bu məlumatı İTAR-TASS agentliyi Türkiyənin İsraildəki səfirliyinin nümayəndəsinə istinadla yaymışdır. ...

ALMANİYADA SÜRÜCÜLƏR TEST YOXLAMALARINA CƏLB OLUNURLAR

11.06.2004 [16:50]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya hüquq mühafizə orqanlarının rəsmi məlumatına görə, 2003-cü ilin son rübündə ölkənin avtomobil yollarında nəqliyyat vasitələrini narkotikdən bihuşluq vəziyyətində idarə edən 100-dən artıq sürücü ...

BOSFOR BOĞAZI BAĞLANACAQ

11.06.2004 [15:57]
AzərTAc xəbər verir ki, İstanbulda NATO-nun zirvə toplantısı keçirildiyi günlərdə Bosfor boğazı təhlükəli yüklər aparan gəmilər üçün bağlanacaqdır. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirmişdir. O vurğulamışdır ki, bu ...

YAPONİYADA İNTİHAR HALLARI REKORD HƏDDƏ ÇATMIŞDIR

11.06.2004 [15:57]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, 2003-cü ildə Yaponiyada intihar edənlərin sayı 2002-ci ildəkinə nisbətən 7,1 faiz artaraq, 32 min nəfəri keçmişdir. Bu məlumatı iyunun 11-də ölkə hökuməti ...

BÖYÜK VƏTƏN MÜHARİBƏSİ HAQQINDA KİTABLAR QƏLƏBƏNİN 60 İLLİYİ MÜNASİBƏTİLƏ YENİDƏN NƏŞR OLUNACAQ

11.06.2004 [15:57]
AzərTAc-ın xəbər verdiyi kimi, Minskdə MDB ölkələrinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının 5-ci iclası keçirilmişdir. İclasda qəbul edilən qərara əsasən, Böyük ...

GÜRCÜSTANIN BEYNƏLXALQ TƏŞKİLATLARA ÜZVLÜK HAQQI BORCU TƏQRİBƏN 64 MİLYON LARİNİ TƏŞKİL EDİR

11.06.2004 [15:29]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın bu ilki büdcəsində ölkənin üzv olduğu beynəlxalq təşkilatlara borcunu ödəməsi üçün 1,5 milyon lari ayrılmışdır. Əslində Gürcüstanın 1992-1993-cü illərdən üzv olduğu beynəlxalq ...

İSVEÇ TƏDQİQATÇILARI VİKİNQLƏRİN GƏMİSİNDƏ BAKIYA GƏLƏCƏKLƏR

11.06.2004 [12:21]
AzərTAc-ın Tbilisidən aldığı xəbərə görə, vikinqlərin bərpa olunmuş gəmisində səyahətə çıxan bir qrup İsveç tədqiqatçısı iyunun 20-də Gürcüstanın Poti limanına gəlməyi planlaşdırır. Onlar qədim vikinqlərin gəmisinin dəqiq oxşarı olan ...

KROSSVORD HƏLLİ İLƏ MƏŞGUL OLANIN YUXUSU DA ŞİRİN OLUR

11.06.2004 [12:20]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, krossvord həll etməklə insan yuxusunu xeyli yaxşılaşdıra və uzada bilər. Amerikanın Viskonsin-Medison Universitetinin alimləri yuxu mexanizmi üzərində apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəlmişlər.
...

KÖLNDƏ PARTLAYIŞ NƏTICƏSINDƏ 17 NƏFƏR AĞIR YARALANMIŞDIR

11.06.2004 [12:13]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Köln şəhərinin əsasən türklərin yığcam şəkildə məskunlaşdığı məhəllələrdən birində baş vermiş partlayış nəticəsində 17 nəfər ağır xəsarət almışdır. Yaralananların hamısı xəstəxanalara yerləşdirilmişdir. Dörd ...

QAZAXISTANDA TORPAQ UÇQUNU NƏTİCƏSİNDƏ BEŞ NƏFƏR HƏLAK OLMUŞDUR

11.06.2004 [11:39]
AzərTAc-ın müxbiri xəbər verir ki, Qazaxıstanın “Qazaxmis” şirkətinin İrtış mədənində torpaq uçqunu nəticəsində beş nəfər həlak olmuş, bir nəfər ağır yaralanmışdır.
Bu haqda Qazaxıstanın Fövqəladə Hallar Agentliyi məlumat ...

TÜRKİYƏ MOSKVADA CÜMƏ MƏSCİDİNİN GENİŞLƏNDİRİLMƏSİNƏ KÖMƏK EDƏCƏK

10.06.2004 [15:19]
AzərTAc-ın Moskvadan aldığı xəbərə görə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin Türkiyə parlamentinin deputatı Nevzət Yalçıntaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə ...

BƏHREYN SƏDDAM HÜSEYNİ MƏHKƏMƏYƏ VERİR

10.06.2004 [14:01]
AzərTAc xəbər verir ki, Küveytin “Ər-rəy əl-ümm” qəzetinin yazdığına görə, Bəhreyn parlamenti 1991-ci ildə ölkənin on vətəndaşının İraqda həlak olması ilə əlaqədar sabiq İraq prezidenti Səddam Hüseynə qarşı məhkəmə ...

“RUHNAMƏ”DƏN İMTAHAN VERƏ BİLMƏYƏNLƏRİN DİPLOMLARI TANINMIR

10.06.2004 [13:45]
AzərTAc-ın müxbiri xəbər verir ki, Rusiyanın və MDB dövlətlərinin ali məktəblərini 1993-cü il yanvarın 1-dən sonra bitirən Türkmənistanın müxtəlif dövlət təşkilatlarının yüzlərlə əməkdaşı ixtisara düşmüşdür. Bu şəxslərin diplomlarının tanınması ...

“AZƏRENERJİ”NİN PREZİDENTİ MDB ÖLKƏLƏRİ ELEKTROENERGETİKA ŞURASININ YIĞINCAĞINDA İŞTİRAK EDƏCƏK

10.06.2004 [13:45]
“Azərenerji” Səhmdar Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, qurumun prezidenti Etibar Pirverdiyev MDB ölkələri Elektroenergetika Şurasının (EEŞ) Düşənbədə keçirilən yığıncağında iştirak edəcək.
Yığıncağın gündəliyində MDB ölkələrinin ümumi elektroenergetika bazarının yaradılması, ...

VATİKAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNÜN MƏXFİ MATERİALLARINI AÇIQLAYIR

10.06.2004 [13:03]
AzərTAc xəbər verir ki, Assoşieyted Press Agentliyinin yaydığı məlumata görə, Vatikan öz məxfi arxivinin iki milyondan çox sənədini dərc etməyə hazırlaşır. Sənədlərdə hərbi əsirlər və Avropada müharibə vaxtı itkin ...