SON XƏBƏRLƏR

Azərbaycan və Latviya qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

11.10.2022 [12:33]
Azərbaycan ilə Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida ...

Azərbaycan ilə Kamboca arasında diplomatik pasportlara malik şəxslər viza tələbindən azad edilib

11.10.2022 [12:30]
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik pasportlara malik şəxslər viza tələbindən azad edilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən ...

Nikolas Keycin filmi “Golden Trailer Awards” mükafatına layiq görülüb

11.10.2022 [12:29]
Hollivud ulduzu Nikolas Keycin baş rolda oynadığı “Lionsgate Films” studiyasının “The Unbearable Weight of Massive Talent” filminin treyleri “Ən yaxşı komediya treyleri” mükafatına layiq görülüb. AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, mükafatın həmtəsisçisi Evelin Breydi-Uotters bütün qalibləri ...

Azərbaycan ilə İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq edilib

11.10.2022 [12:27]
Azərbaycan ilə İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq edilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun ...

Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün şou proqramla çıxış edəcək

11.10.2022 [12:22]
Balaca sirksevərlər payız fəslinin gəlməsi ilə rəngarəng və dolğun proqramlı sirk mövsümünün açılışını səbirsizliklə gözləyir. Bunu nəzərə alan Bakı Dövlət Sirki seyrçilərini təəccübləndirmək üçün yeniliklər etməyə, dünyaca məşhur sirk proqramlarının qastrol siyahısına paytaxtımızı da daxil etməyə çalışır ...

Düyü bazarı üzrə təhlillər aparılıb

11.10.2022 [12:20]
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında daimi əsasda monitorinqlər və təhlillər aparılır. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Xidmət tərəfindən Azərbaycan Respublikası ...

Akademik Asəf Hacıyevin biblioqrafik göstəricisi nəşr olunub

11.10.2022 [12:14]
AMEA-nın Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri filologiya-riyaziyyat elmləri doktoru, akademik Asəf Hacı oğlu Hacıyevin biblioqrafik göstəricisi çap olunub. MEK-dən AZƏRTAC-a bildirilib ki, göstərici alimin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini ...

“Union Saint-Gilloise” – “Braqa” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

11.10.2022 [12:12]
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Union Saint-Gilloise” (Belçika) – “Braqa” (Portuqaliya) qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər ...

Azadlığa buraxılan şəxsin guya polis tərəfindən döyülməsi iddiaları üzrə araşdırmalara başlanılıb

11.10.2022 [12:10]
Oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov AZƏRTAC-a bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ...

Yeniyetmələr arasında cüdo üzrə region birinciliyinin qalibləri müəyyənləşib

11.10.2022 [12:09]
Şəkidə yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib. AZƏRTAC xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan yarışda oğlanlar arasında 8, qızlar arasında isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşib ...

Azərbaycan məktəbliləri ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcək

11.10.2022 [12:08]
Təhsil İnstitutunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcəklər. İnstitutdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-dan 23-dək Türkiyənin Antalya şəhərində ...

Leyla Abdullayeva: Gəncəyə raket hücumları Azərbaycan xalqına nifrət zəminində törədilib

11.10.2022 [12:07]
Ərazilərimizin Ermənistan tərəfindən işğalı dövründə çoxsaylı müharibə cinayətləri törədilib. AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə əlaqədar ...

Ən ucqar dağ rayonu olan Lerikdə badam əkininə maraq artır VİDEO

11.10.2022 [12:06]
Ən ucqar dağ rayonu olan Lerikdə badam əkininə maraq artır. AZƏRTAC xəbər verir ki, badamın dəniz səviyyəsindən 1600-1700 metr yüksəklikdə Lerikin Zuvand bölgəsində yetişdirilməsi ideyasının müəllifi görkəmli təbiətşünas alim ...

“Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək

11.10.2022 [12:05]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dekabrın 2-3-də “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək. UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfrans universitetin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf ...

Fərid Şəfiyev: Ermənistan ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərinə görə cavab verməlidir

11.10.2022 [12:02]
Ərazilərimizin işğalı dövründə Ermənistan tərəfindən xalqımıza qarşı saysız-hesabsız və insanlığa zidd cinayətlər törədilib. İki il bundan əvvəl Gəncənin raket atəşinə tutulmasında məqsəd Azərbaycan xalqını qorxutmaq idi. Amma xalqımız qorxmaz və iradəli olduğunu 44 günlük Vətən müharibəsində sübut etdi ...

Vətən müharibəsinin salnaməsi: 11 oktyabr

11.10.2022 [12:00]
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar ...

Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətində Almaniyanın mümkün dəstəyi müzakirə olunub

11.10.2022 [11:58]
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann arasında görüş olub ...

Gəncədə erməni terroru qurbanlarının xatirəsi anılır

11.10.2022 [11:56]
Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində həlak olan dinc sakinlərin xatirəsi anılır. 2020-ci il oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərinə növbəti raket hücumu nəticəsində dinc sakinlərin yaşadığı bina yerlə-yeksan olmuş ...

Artıq Böyük Qayıdış proqramı başlayıb

11.10.2022 [11:55]
İşğaldan azad olunan ərazilərimizi dünyanın müxtəlif qitələrindən olan insanların ziyarəti nəticəsində müxtəlif məzmunlu tədbirlərin təşkili ilə bu məkanlara səfər edənlər erməni faşist ideologiyası, vandallığı, terrorçu siyasəti ilə bağlı olan həqiqətləri öz gözləri ilə görürlər ...

İlqar Səfərov: Baş Prokurorluğunun İstintaq İdarəsində Gəncə hadisələri ilə bağlı təhqiqatlar aparılır

11.10.2022 [11:54]
Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində Gəncə hadisələri ilə bağlı təhqiqatlar aparılır. AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov oktyabrın 11-də Ermənistanın ...

“Culiya” qasırğası Mərkəzi Amerikada azı 28 nəfərin həyatına son qoyub VİDEO

11.10.2022 [11:53]
“Culiya” qasırğası oktyabrın 9-10-da Mərkəzi Amerikada ən azı 28 nəfərin ölümünə səbəb olub. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Mərkəzi Amerika ölkələrinin yerli hakimiyyət orqanları güclü daşqınlar səbəbindən minlərlə insanı təhlükəsiz ərazilərə təxliyə edib ...

İranda silah qaçaqmalçıları həbs edilib

11.10.2022 [11:50]
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin polis idarəsi xüsusi əməliyyat keçirərək silah qaçaqmalçılarını yaxalayıb. AZƏRTAC xəbər verir ki, bu barədə polis generalı Seyid Məhəmməd Salehi məlumat verib. O bildirib ki, əməliyyat nəticəsində həbs olunan 3 nəfərin evində axtarış aparılıb ...

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 4 dəfə artıb

11.10.2022 [11:46]
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq bu ilin yanvar-avqust aylarında 13,5 milyon ABŞ dollarına çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Nataliya Qavrilitsanın işgüzar dairələrin nümayəndələri ilə görüşündə ...

Ssenaristlər və film həvəskarları üçün ssenari müsabiqəsi elan edilir

11.10.2022 [11:43]
“TMB Media” dram və komediya janrında qısametrajlı filmlərin çəkilişi üçün ssenari müsabiqəsi elan edir. AZƏRTAC xəbər verir ki, müsabiqə bir neçə mərhələdən ibarət olacaq. Qalibləri pul mükafatları və hədiyyələr gözləyir. Qeyd edək ki, 20-45 yaş arası istedadına və özünə güvənən təcrübəli ssenaristlər ...

Turizm və Menecment Universitetinin tələbələri karyera imkanları barədə məlumatlandırılıb

11.10.2022 [11:40]
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm üzrə könüllülük fəaliyyəti, təşkilatın fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılacaq karyera imkanları” mövzusunda infosessiya təşkil olunub. Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Turizm Bürosunun əməkdaşı ...