Böyük Britaniya dərman qiymətlərində artıma hazırlaşır
London, 28 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti ABŞ-la dərman sektorunda qiymət və tariflərlə bağlı aparılan danışıqlardan sonra bəzi preparatların qiymətlərində “qaçılmaz” artıma hazırlaşır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin elm naziri Patrik Vallans məlumat verib. ABŞ Prezidenti Donald Tramp əvvəllər Avropanı Amerika istehsalı olan dərmanlara görə daha çox pul ödəməyə çağırmış, bir sıra böyük farmasevtik şirkətlər isə Britaniyada çətin biznes mühiti səbəbindən investisiyaları dayandırmışdı.
P. Vallans parlament komitəsində çıxışı zamanı ABŞ-la aparılan danışıqlar nəticəsində bəzi dərmanların qiymətlərinin artmasının qaçılmaz olduğunu deyib. O, qeyd edib ki, mövcud dərmanlar üçün bu artım eyni səviyyədə olmayacaq, lakin tamamilə yeni və innovativ dərmanlarda qiymətlərin qalxması ehtimalı böyükdür.
Nazir, həmçinin noyabrın 26-da açıqlanacaq dövlət büdcəsi öncəsi bu artımın Milli Səhiyyə Xidmətinə mümkün təsirlərinin Səhiyyə və Maliyyə nazirlikləri ilə müzakirə edildiyini təsdiqləyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]