“Gmail”in 183 milyon istifadəçisinin parolu ələ keçirilib
London, 28 oktyabr, AZƏRTAC
“Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında olması ilə bağlı təcili xəbərdarlıq edilib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 183 milyona yaxın e-poçt hesabı və onlara aid parollar internetdə sızdırılıb. Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və xidmətlərə daxil olmaq imkanı verə bilər.
Hadisə bu ilin aprel ayında baş verib, lakin yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb.
Saytın yaradıcısı Troy Hunt bildirib ki, sızan məlumatlar internetin müxtəlif mənbələrindən toplanaraq daha geniş bir haker hücumunun tərkib hissəsini təşkil edib. Mütəxəssislər istifadəçilərə dərhal “Gmail” parollarını dəyişməyi və iki mərhələli identifikasiya sistemini aktivləşdirməyi tövsiyə edirlər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.08.2026 [14:57]
İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı
- 31.08.2026 [14:04]
Türkiyədə son 8 ildə tullantılar üzrə təkrar emal göstəricisi 37 faizi ötüb
- 31.08.2026 [12:57]
Türkiyə iqtisadiyyatı ikinci rübdə 2,3 faiz böyüyüb
- 31.08.2026 [12:21]
Almaniyaya qoyulan xarici investisiyaların həcmi 50 faiz artıb
- 31.08.2026 [12:20]
Oljas Bektenov Qazaxıstanın Baş naziri vəzifəsində qalıb
- 31.08.2026 [11:27]